Akaş (zenit-raket kompleksi)

Akaş (hind. आकाश — səma, ing. Akash) — hava hücumundan müdafiə üçün nəzərdə tutulmuş Hindistanda inkişaf etdirilən qısa mənzilli zenit-raket kompleksi.

Akaş
Ölkə
İstismar tarixçəsi
İstismara başlanması 2009
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1984-cü ildən Hindistan Müdafiə Nazirliyinin Müdafiə Tədqiqat və İnkişaf Təşkilatı tərəfindən hazırlanıb. Bu müddət ərzində 125 milyon dollar xərclənib. Sistemlər Rusiyanın Kub sistemini əvəz etməli idi.[1]

2008-ci ildə Hindistan Hərbi Hava Qüvvələri üçün Akaş hava hücumundan müdafiə sisteminin iki bölməsinin tədarükü üçün müqavilə imzalanıb.[2]

2009-cu ilin martında Hindistanın Tata Power şirkəti ilə 2011-ci ilin sonunadək daha bir bölmənin tədarükü üçün müqavilə bağlandığını elan edilib. Müqavilənin məbləği 36,4 milyon dollardır.[3]

2022-ci ildə Ermənistanın Hindistandan "Akaş" hava hücumundan müdafiə sistemi almaq niyyətində olduğu açıqlanıb.[4] 2024-cü ildə ilk batareya Ermənistana çatdırılıb.[5]

  1. Ordu. ""Akaş" sistemləri niyə istehsal edilib? – Hindistanda soruşurlar". Ordu.Az (ingilis). İstifadə tarixi: 2024-11-12.
  2. "IAF inducts the Akash missile - Thaindian News". web.archive.org. 2014-12-24. 2014-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-12.
  3. "Индийская армия заказала партию национальных ЗРК Akash". Lenta.RU (rus). 2024-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-12.
  4. "Hindistan Ermənistana "Akaş" zenit-raket kompleksləri satır". Oxu.az (az.). 2024-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-12.
  5. "Hindistan Ermənistana "Akash" ZRK-nın ilk batareyasını göndərir". Oxu.az (az.). 2024-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-12.