Aka (yap. 阿嘉島) — Kerama adaları qrupuna daxil olan, Sakit okeanda yerləşən ada. İnzibati baxımından Yarponiyanın Okinava prefekturasına daxildir.
Aka adası | |
---|---|
yap. 阿嘉島 | |
![]() | |
Ümumi məlumatlar | |
Sahəsi | 3,82 km² |
Hündür nöqtəsi | 187,2 m |
Əhalisi | 330 nəfər (2009-cu il) |
Yerləşməsi | |
26°11′56″ şm. e. 127°16′47″ ş. u. | |
Ölkə |
![]() |
Akvatoriya | |
|
|
![]() |
Ada Okinava adasınadn 35 km qərbdə yerləşir. İqlimi subtropikdir[1]
Ada yaxınlığından Krusio cərəyanı keçir. Ada ətrafında olan mərcanlar fauna baxımından olduqca zəngindir. Bu səbəbdən ərziyə dayvinq və sporkelinq həvəskarları axışır. 1998-ci ildə Akada Yaponiya elimi-texniki agentliyinin (ing. Japanese Science and Technology Agency) Aka Okeanoloji laboratoriyası ing. Akajima Marine Science Laboratory (AMSL) fəaliyyətə başlamışdır. Hər ilk bir neçə okeanoloq bura gələrək mərcanların əkosistemini araşdırır.
Keram adalarında 360 növ balıq, 1640 onurğasız, çoxlu sayda mərcan, 220 növ yosun aşkar edilmişdir. Ancaq ada canlıları tamlıqla öyrənilməmişdir. Burada yayda Sini çanaqlı tısbağa, yaşıl tısbağa və biss yumurta qoyur. Qozbel balinalar isə cütləşmə yerlərinə gedərkən yanvar-aprel ayları ada sahillərindən keçir.
Aka zəngin faunasına görə dünyada tanınır. Keram maralı isə adalara xass endemik bir növdür. Bu növ dövlət səviyyəsində qorunur[2].
Yayı əsasən tayfunlarla müşahiyyət olunur. Oktyabrdan aprelə qədər isə şimal mussonları hərəkətə keşir. Bu isə soyuq külək və dalğalar əməklə gətirir.
1868-ci ilə qədər Aka adası Ryukyu krallığının bir parçası olmuşdiur. 600 il ərzində adalılar Şinlə krallıq arasında hərəkət edən gəmiləri kirayələyirdilər. Takara ailəsinə məxsus olan gəmilərdən biri günümüzdə də qalır və Yaponiyanın milli sərvəti hesab edilir 26 may 1945-ci ildə Okinava döyüşü zamanı Aka adasına AABŞ hərbi qüvvələri çıxarılmışdır. Onlar Camami, Qerumaşima və Tokasiki adalarını ələ keçirmişlər. Burada 500 nəfər yapon əsgərlərinin əmiri ilə özünə qəst etmişdir.
Aka iki itin tarixi ilə məşhurdur. Bu akalı Siro və camamişimnalı Merilinin adı ilə başlıdır. Onlar Sironon sahibi ilə ada ətrafında gəzintisi zamanı tanış olmuşlar. Bunbdan sonra Siro hər gün Aka çirliyi ilə Merilinin yanıana üzərək gəlirdi.
Yerli sakinlər hər gün Sironun 3 km üzməsini müşahidə edirdi. Onun bu hərəkərinə hətta bir kino belə şəkilmişdir. Merilin 1987-ci ildə ölür. Ancaq Siro yenədə üzməsinə davam etmişdir. Siro 17 il yaşamışdır. Çimərlikdə həm sirora həm də Merilinə abidə qoyulmuşdur<ref name="shiro">Dogs In The News Article Arxivləşdirilib 2012-02-25 at the Wayback Machine<ref>
Aka ilə Camami və Naha arasında bərə əlaqəsi vardır. Adaya Gerumaşima hava limanı vastəsi ilə gəlmək mümkündür.