Akaş (hind. आकाश — səma, ing. Akash) — hava hücumundan müdafiə üçün nəzərdə tutulmuş Hindistanda inkişaf etdirilən qısa mənzilli zenit-raket kompleksi.
Akaş | |
---|---|
Ölkə | |
İstismar tarixçəsi | |
İstismara başlanması | 2009 |
Vikianbarda əlaqəli mediafayllar |
1984-cü ildən Hindistan Müdafiə Nazirliyinin Müdafiə Tədqiqat və İnkişaf Təşkilatı tərəfindən hazırlanıb. Bu müddət ərzində 125 milyon dollar xərclənib. Sistemlər Rusiyanın Kub sistemini əvəz etməli idi.[1]
2008-ci ildə Hindistan Hərbi Hava Qüvvələri üçün Akaş hava hücumundan müdafiə sisteminin iki bölməsinin tədarükü üçün müqavilə imzalanıb.[2]
2009-cu ilin martında Hindistanın Tata Power şirkəti ilə 2011-ci ilin sonunadək daha bir bölmənin tədarükü üçün müqavilə bağlandığını elan edilib. Müqavilənin məbləği 36,4 milyon dollardır.[3]
2022-ci ildə Ermənistanın Hindistandan "Akaş" hava hücumundan müdafiə sistemi almaq niyyətində olduğu açıqlanıb.[4] 2024-cü ildə ilk batareya Ermənistana çatdırılıb.[5]