Akiba məbədi (秋葉神社, Akiba-cinca?) – Yaponiyanın Şizuoka prefekturasının Şuçi rayonundakı Akiha dağında yerləşən şintoist məbədi.[1] Məbəd alov kamisi Kaqutsuçiyə həsr olunmuşdur.[1]
Şintoizm | |
Akiba məbədi | |
---|---|
秋葉山本宮秋葉神社 | |
Din | |
İlahi gücü | Kaqutsuçi |
Festivalları | 15–16 dekabr |
Yerləşməsi | |
Ölkə | Yaponiya |
Prefektura | Şizuoka prefekturası |
Şəhər | Hamamatsu |
Yeri | Akiha dağı |
Memarlıq | |
İnşa tarixi | VIII əsrin əvvəlləri |
|
|
Saytı | |
akihasanhongu.jp | |
Şintoizm terminologiyası |
Məbəd və dağın adı yapon dilində eyni kancilərlə yazılsa da, dağ "Akiha", məbəd isə "Akiba" adı ilə tanınmışdır.[1]
Məbəd VIII əsrin əvvəllərində yanğınlarla əlaqədar fəlakətlərdən qorunmaq məqsədilə tikilmişdir.[1] 1868-ci ilə qədər bu məbəd bodhisattva Kannona həsr olunmuş Akiba buddist məbədi ilə assosiasiya olunurdu.[1] Kannon şintoizm kamisi olan Kaqutsuçinin prototipi hesab olunur.[1] Bu məbədin populyarlığı Edo dövründə Yaponiyanın şərqində artmış və Yaponiyada məbədin bir çox qolunun yaranmasına səbəb olmuşdur.[1]
Hər ilin 15–16 dekabr tarixlərində məbəddə alov festivalı (himatsuri) keçirilir.[1] Məbədin xəzinəsinə hamilər tərəfindən bağışlanmış 150-dən çox qılınc daxildir.[1] Belə ki, yapon mifologiyasına görə İzanaqi Kaqutsuçini öldürmək üçün qılıncdan istifadə etmişdir.[1]