Akif İbrahimov

Akif İbrahimov (azərb. Akif İsmayıl oğlu İbrahimov‎; 30 oktyabr 1952, Bakı) — riyaziyyatçı (tətbiqi rizaziyyat), fizika-riyaziyyat elmləri doktoru.

Akif İbrahimov
Doğum tarixi (72 yaş)
Doğum yeri Bakı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası İsmayıl İbrahimov
Elm sahələri riyaziyyat,fizika
Elmi dərəcəsi fizika-riyaziyyat elmləri doktoru
Elmi adı Professor

Akif İsmayıl oğlu İbrahimov 30 oktyabr 1952-ci ildə Bakı şəhərində anadan olub.[1]

Akademik İsmayıl İbrahimovun oğludur.

1971–1976-cı illərdə Azərbaycan Neft-Kimya İnstitutunun istehsal proseslərinin avtomatlaşdırılması fakültəsini bitirmişdir.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Moskvada SSRİ Elmlər Akademiyasının (indiki Rusiya Elmlər Akademiyası) Qubkin adına Neft İnstitutunun elmi işçisi, xarici neft şirkənin əməkdaşı olub. 2000-ci ildən Texas Ştatının universitetinin professorudur. Neft sənayesinə dair elmi əsərləri xarici ölkələrdə çap olunmuşdur.

  1. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 207. ISBN 5-8066-1468-9.