İsmayıl İbrahimov

İbrahimov İsmayıl Əli oğlu (31 dekabr 1915, Ordubad, Naxçıvan qəzası16 iyul 2016, Bakı) — texnika elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Sosialist Əməyi Qəhrəmanı.[1]

İsmayıl İbrahimov
bayraq
Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini
bayraq2
7 may 1970 – 17 iyul 1978
ƏvvəlkiƏli İbrahimov
SonrakıSüleyman Tatlıyev
Şəxsi məlumatlar
Doğum tarixi 31 dekabr 1915(1915-12-31)
Doğum yeri
Vəfat tarixi 16 iyul 2016(2016-07-16) (100 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya
Təhsili
Fəaliyyəti alim, siyasətçi
Uşağı
Hərbi xidmət
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Döyüşlər
Elmi fəaliyyəti
Elmi dərəcəsi

Təltifləri Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni "Oktyabr inqilabı" ordeni 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı ulduz" ordeni "İgidliyə görə" medalı "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "1941–1945-ci illərdə Böyük Vətən müharibəsində qələbənin 20 illik yubileyi" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı
SSRİ Dövlət mükafatı

İsmayıl İbrahimov 31 dekabr 1915-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur.

M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunu bitirmişdir (Azərbaycan Dövlət Neft Akademiyası).

1968-ci ildə AMEA-nın müxbir üzvü, 1980-ci ildə həqiqi üzvü seçilmişdir.

Elmi nailiyyətləri

[redaktə | mənbəni redaktə et]

Fasiləsiz işləyən texnoloji proseslərin və istehsalatların riyazi modelləşdirilməsi və optimal idarə edilməsinin metodoloji əsaslarını yaratmışdır. Neft emalı istehsalatının optimallaşdırılması məsələlərinin faktiki olaraq reallaşdırmaqdan ötrü modellərin struktur və funksional xüsusiyyətlərini nəzərə alan səmərəli hesablama üsulları qurmuşdur.

İsmayıl Əli oğlu İbrahimov tərəfindən informasiya qıtlığı şəraitində iritonnajlı etilen istehsalının riyazi modelləri, optimal və operativ idarə edilməsi üsulları təklif olunmuşdur. Determinik və qeyri-səlis şəraitdə işləyən qeyri-stasionar reaktor kompleksinin operativ planlaşdırılmasının və optimal idarə edilməsinin riyazi modellər kompleksi işlənib hazırlanmışdır.

1983-cü ildə İ. Ə. İbrahimov bir qrup alim və mütəxəssislə birlikdə istehsalatın səmərəliliyini yüksəltmək üçün idarəetmə və informasiya sistemlərinin hazırlanması və tətbiqi adlı işinə görə elm və texnika sahəsində SSRİ Dövlət mükafatına layiq görülmüşdür.

Görkəmli tədqiqatçı 200-dən artıq elmi əsərin, o cümlədən 20-dən artıq monoqrafiya, dərslik, elmi-metodiki və tarixi kitabların müəllifi olub. Onun rəhbərliyi altında çoxlu sayda elmlər namizədi və doktoru hazırlanıb.

Ölkə elminin inkişafında mühüm xidmətləri olan tanınmış alim, Azərbaycanın ilk informatiki, Əməkdar elm xadimi, SSRİ Dövlət mükafatı laureatı, akademik İsmayıl İbrahimov 15 iyul 2016-cı ildə gecə saatlarında 100 yaşında vəfat etmişdir.[2] II Fəxri xiyabanda torpağa tapşırılmışdır.

  • İstilik nəzarəti cihazlarının və avtomatik tənzimləyicilərin yoxlanması və sazlanması. Bakı: Azərnəşr, 1962 (V. İlyasov ilə birgə).
  • Avtomatik tənzimləmə nəzəriyyəsinin əsasları və istehsal proseslərinin avtomatlaşdırılması. Bakı: Maarif, 1972 (F. Xasməmmədov ilə birgə).
  • Pnevmoavtomatikanın elementləri və sistemləri. Bakı: Azərb. NKİ, 1978 (həmmüəlif).
  • İstehsal proseslərinin optimal idarə edilməsi metodları. Bakı: Azərb.NKİ, 1983 (həmmüəlif).
  • Avtomatik tənzimləmə nəzəriyyəsinin əsasları və istehsal proseslərinin avtomatlaşdırılması. Bakı: Maarif, 1983 (həmmüəlif).
  • Dövrüm haqqında... Bakı: Səda, 1995.
  • Azərbaycan uşaq fondu (1988-2000). Bakı: AzETETİİ-nin NPM-zi, 2000.
  • Azərbaycan uşaq fondunda (1988-2005). Bakı: Nafta Press, 2006.
  • Həyatımın səhifələrindən. Bakı: Nafta-Press, 2006.

Təltif və mükafatlar

[redaktə | mənbəni redaktə et]
  • "I dərəcəli Vətən Müharibəsi Ordeni" — 1945;
  • 2 dəfə "II dərəcəli Vətən Müharibəsi Ordeni" — 1943, 1945;
  • "Qafqazın müdafiəsinə görə" medal — 1945;
  • "Fədakarlığa görə" medal — 1945;
  • SSRİ "Fəxri neftçisi" — 1978;
  • ""Oktyabr inqilabı" ordeni" — 1971;
  • Əməkdar Elm Xadimi — 1981;
  • SSRİ Dövlət Mükafatı laureatı — 1982;
  • 2 dəfə Lenin Ordeni — 1980, 1985;
  • 3 dəfə "Qırmızı Əmək Bayrağı" ordeni — 1965, 1975, 1983;
  • "Sosialist Əməyi Qəhrəmanı" — 1986;
  • Azərbaycan SSR Ali Soveti RH-ın 4 dəfə Fəxri Fərmanı — 1960, 1973, 1978;
  • "Krımın azad olunmasının 50 illiyi münasibətilə" medal — 1999;
  • "Sankt-Peterburqun 300 illiyi münasibətilə" medal — 2003;
  • Beynəlxalq Uşaq Assosiasiya Fondunun laureatı;
  • Almaniyanın "Vətən qarşısındakı xidmətlərinə görə" ordeni;
  • SSRİ Ali Təhsil Nazirliyinin Mükafatı laureatı;
  • SSRİ Ali Təhsil Nazirliyinin Fəxri Fərmanı — 1983;
  • SSRİ Qaz Sənayesinin Fəxri işçisi;
  • "Şərəf" ordeni — 2015[3]

Pedaqoji fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1946–1997 illərdə Azərbaycan Dövlət Neft Akademiyası (Azərbaycan Sənaye İnstitutu, Azərbaycan Neft və Kimya İnstitutu) baş laborant, baş müəllim, dosent, kafedra müdiri-professor, rektor (1960–1970,1978–1988)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Ибрагимов Исмаил Али оглы". 2021-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-20.
  2. "Görkəmli alim 101 yaşında vəfat etdi". 2016-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-16.
  3. "Azərbaycan Milli Elmlər Akademiyası əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-30.