Akif Xansultanlı

Akif Xansultanlı (Akif Bəkir oğlu Xansultanlı; 7 noyabr 1974, Sadaxlı, Marneuli rayonu)— şair, publisist,jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Qarapapaqlar jurnalının baş redaktorudur.[1]

Akif Xansultanlı
Doğum tarixi 7 noyabr 1974(1974-11-07) (48 yaş)
Doğum yeri
Vətəndaşlığı Gürcüstan
Milliyyəti Azərbaycanlı
Təhsili
İxtisası Kulturologiya
Mükafatları “Qızıl Qələm”

Həyatı və təhsili[redaktə | mənbəni redaktə et]

Akif Bəkir oğlu Xansultanlı 1974-cü il noyabrın 7-də qədim Borçalı mahalında - indiki Gürcüstanın Marneuli rayonundakı Sadaxlı kəndində anadan olub. 1991-ci ildə 1 saylı Sadaxlı kənd orta məktəbini bitirib. 19921997-ci ildə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinda “Kulturologiya” fakültəsində ali təhsil alıb.

Elmi fəaliyyəti və bədii yaradıcılığı[redaktə | mənbəni redaktə et]

1999-cu ildən 2003-cü ilə kimi Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin Muzey İşi üzrə Respublika Elmi-Metodiki Mərkəzinin baş redaktoru vəzifəsində çalışıb.

2003-cü ildən 2007-ci ilə qədər AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi kimi fəaliyyətini davam etdirib.

2007-ci ildən etibarən, Tifl isdə nəşr olunan “Qarapapaqlar” aylıq elmi-kütləvi dərgisinin təsisçisi və baş redaktorudur.

AMEA-nın Beynəlxalq Münasibətlər İnstitutunun aspiranturasında davam etdirib. Elmi məqalə və şeirləri ilə mətbuatda vaxtaşırı çıxış edib. İlk dəfə Gürcüstandakı anadilli mətbuatımızın elektron versiyası və internet saytının qurulması da “Qarapapaqlar” jurnalının adi ilə tarixiləşib. Dərginin elmi status adını alması üçün lazım olan 13 rəqəmli beynəlxalq sertifi kat kodun (9771987676007) və İSSN ştrixin (19876769), həmçinin elmiliyini təsdiq edən ədəbiyyat, tarix, etnoqrafi ya və kulturologiya ixtisasları üzrə UDC/Q10 kodlarının (821.512.162+39(=512.162)+ 94(479.24)+008(=512.162)+1) alınması birbaşa Akif Xansultanlının adı ilə bağlıdır.

Kitabları[redaktə | mənbəni redaktə et]

2006-ci ildə “Borçalı dastanı” adlı kitabı nəşr olunub.[2]

Mükafatları[redaktə | mənbəni redaktə et]

  • Mətbuat Şurası və Azərbaycan Jurnalistlər Birliyi Azərbaycanın xaricdə çıxan ilk elmi jurnalın yaradıcısı kimi baş redaktora diplom və Sertifikatlar verib.
  • Kütləvi İnformasiya Vasitələrinin Həmkarlar İttifaqının Rəyasət heyətinın qərarı ilə 2013-cü ilin mart ayında “Qızıl Qələm” mükafatına layiq görülüb.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. A.Xansultanlı hazırda AMEA-nın dissertantı kimi Gürcüstanda Gənc Marneuli verilişinin qonağı Akif Xansultanlı oldu
  2. "YENİ KİTABLAR" (PDF). 2022-03-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-03-16.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]