Akira – Katsuhiro Otomo tərəfindən yazılmış və çəkilmiş manqa seriyası.
Akira | |
Birinci cildin üzlüyü. | |
Janr |
kiberpank postapokaliptika siyasi triller[1] |
---|---|
Manqa | |
Akira | |
Manqaka | Katsuhiro Otomo |
Nəşriyyat | Kodansha |
Jurnal | Young Magazine |
Demoqrafiya | seynen |
Nəşr tarixi | 6 dekabr 1982 – 11 iyun 1990 |
Cildlər | 6 |
Əvvəlcə 1982-ci ildən 1990-cı ilədək "Young Magazine" jurnalında çap olunan Akira manqası həmin jurnalın nəşriyyatı olan Kodansha tərəfindən altı tankobon cildində buraxılmışdır.[2]
1988-ci ildə Taito videooyun nəşriyyatı tərəfindən Yaponiyada Famicom üçün Akira macəra oyunu buraxıldı.[3] 1994-cü ildə isə International Computer Entertainment Akira əsasında Amiga və Amiga CD32 üçün oyunu buraxdı.[4] 2002-ci ildə olan DVD çıxışı ilə əlaqədər olaraq, Bandai şirkəti PlayStation 2 üçün "Akira Psycho Ball" adlı pinbol simulyasiyası buraxdı.[5]
"Akira"-ya görə 1990-cı illərin əvvəlində ingilisdilli ölkələrdə animeyə maraq yüksəldi. Xaricdə onun məşhurluğu hətta Yaponiyadakından da böyük idi.[6] Robin Berner onu ABŞ-də anime və manqanın davamlı auditoriyanı yaradan bir mədəni bomba ilə müqayisə etdi.[7]