Akkreditiv — alıcı bankının satıcı bankına akkreditiv ərizəsində göstərilən məbləği ödəmək barədə tapşırıq, malların göndərilməsi və xidmətlərin göstərilməsini təsdiq edən sənədlər təqdim olunarkən göndərilmiş malların, xidmətlərin dəyərini benefisianara ödəmək barədə bankın öhdəliyidir.
Benefisiar - müəyyən məbləğdə pulu almaq üçün hesablaşma sənədində göstərilmiş hüquqi və ya fiziki şəxsdir. Akkerditiv hesablaşma forması tərəflərin xüsusi müqaviləsi, xüsusi mal göndərilməasi şərtləri ilə müəyyənləşdirilir və ya ödənişlərin sistematik olaraq ləngidilməsinə görə səhlənkar alıcıya sanksiya kimi tətbiq edilir. Benefisia-müəyyən məbləğdə pulu alamaq üçün hesablaşma sənədində göstərilmiş hüquqi və fiziki şəxsdir.
Akkreditiv aşağıdakı formada gerçəkləşir:
Akkreditiv hesablaşma formasının mahiyyəti ödəyicinin ona xidmət edən banka qabaqcadan qoyulmuş vəsaitlər hesabına və ya bankın zəmanəti altında ödəyici tərəfindən akkreditivin açılması haqqında ərizədə nəzərdə tutulmuş şərtlərlə vəsait alanın olduğu yer üzrə mal-material dəyərlərinin ödənişinin edilməsini tapşırmasıdır.
Akkreditiv açan bankın (emitent bank)mal göndərənə ödəniş edə biləcəyi və ya akkreditivdə nəzərdə tutulan sənədlərin digər banka verilməsi şərti ilə və akkreditivin digər şərtlərinin yerinə yetirilməsi ilə həmin banka belə ödənişləri etmə səlahiyyətini verə biləcək saziş üzrə müştərinin tapşırığı ilə onun kontragentinin xeyrinə banka verilən şərti pul öhdəliyi deməkdir.
Akkreditiv açan bank (emitent bank) ödəyicinin (alıcının) tapşırığı ilə vəsaitləri digər banka - mal göndərənin bankına köçürürsə, akkreditivdə nəzərdə tutulan bütün şərtlərin yerinə yetirilməsi zamanı ödənişin edilməsi üçün tədarükçülərin bankında ayrıca balans hesabı "Akkreditivlər" açılır.
Azərbaycan Respublikasında sənədli akkreditivlərdən geniş istifadə olunur. Sənədli akkreditiv - elə bir sazışdir ki, onun əsasında bank müştərinin xahişi ilə və ya onun sərəncamlarına əsasən hərəkət edib, ödənişi 3-cü şəxsin adına aparır. Akkreditiv yalnız bir mal göndərənlə açıla bilər. Bank qanunvericiliyində akkreditivin müddəti məhdud deyil. Bu müddət tərəflər arasındakı bağlanmış müqavilədə göstərilir. Akkreditiv alqı - satqı müqaviləsindən ayrılmış aktdır. Göndərilmiş akkreditivdə sonradan hər hansı bir dəyişikliyin olması barədə sərəncamlar tam və dəqiq olmalıdır. Akkreditiv açmaq üçün banka müraciət edən şəxs ərizə verməlidir. Bu ərizədə aşağıdakıların olması mütləqdir:
Ödənilmiş akkreditiv açıldıqda emitent bank onun məbləğini ödəyicinin və ya ona verilmiş kreditin hesabına öz öhdəliyinin bütün müddəti ərzində icraçı bankın sərəncamına köçürür.Ödənilməmiş akkreditiv açıldıqda emitent bank onun məbləğini icraçı banka akkreditiv icra olunandan sonra ödəyir[1].
Nağdsız hesablaşmalar haqqında Əsasnaməyə müvafiq olaraq ölkəmizdə aşağıdakı akkreditiv növləri açıla bilər:
Akkreditiv üzrə hesablaşmaların etibarlılıq müddəti və qaydası ödəyici və tədarükçü arasında bağlanmış müqavilədə təyin olunmuş etibarlılıq müddəti ərzində yerinə yetirilir. Akkreditiv hesablaşmasdı zamanı hesablaşmanın bütün əsas qaydalarına tam riayət olunmalıdır. Bu qaydalara aşağıdakılar aiddir:
Akkreditiv hesablaşma formasının müsbət cəhəti ödənişə zəmanətdir.Bununla yanaşı , bu hesablaşma formasının bir sıra mühüm çatışmamazlıqları vardır: