Aklins (ing. Acklins) — Baham adalarında ada və rayon.
Aklins | |
---|---|
Ümumi məlumatlar | |
Sahəsi |
|
Hündür nöqtəsi | 6 m[1], 5 m[1] |
Əhalisi |
|
Yerləşməsi | |
22°26′ şm. e. 73°58′ q. u.HGYO | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Aklins adası Aklins buxtası kimi tanınan dayaz laqunda yerləşən adalar qrupundan biridir. Bunlardan ən böyüyü Kruked-Aylend (197 km2) və cənub-şərqdə Aklins (311 km2), daha kiçikləri isə şimal-qərbdə Lonq-Ki (21 km2) və cənubda Kesl-Aylenddir. Aklins və Kruked-Aylend Nassaudan təxminən 385 kilometr (239 mil) cənub-şərqdə yerləşir.[3]
Adalar 1780-ci illərin sonlarında mindən çox qul işlədən pambıq plantasiyaları quran loyalistlər tərəfindən məskunlaşdırılmışdır. Britaniya imperiyasında köləliyin ləğvindən sonra plantasiyalar əlverişsiz hala düşmüş və dəniz süngərləri yığılmasından əldə olunan alternativ gəlirlər də azalmışdır. İndiki dövrdə sakinlər balıqçılıq və kiçik miqyaslı əkinçiliklə məşğul olurlar.