Kruked-Aylend (Baham adaları)

Kruked-Aylend (ing. Crooked Island) — Baham adalarında adalar qrupu. Aklins körfəzində yerləşir, cənub-şərqin Aklins adası yerləşir.

Kruked-Aylend
Ümumi məlumatlar
Sahəsi
  • 148 km²
Uzunluğu
  • 37 km
Eni 14 km
Əhalisi
  • 323 nəf.
Yerləşməsi
22°45′ şm. e. 74°13′ q. u.HGYO
Ölkə
Kruked-Aylend xəritədə
Kruked-Aylend
Kruked-Aylend
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Kruked-Aylend arxipelaqı və Aklins adası. Kruked-Aylendin ərazisi qırmızı rənglə işarələnmişdir.

Adalar 1780-ci illərin axırlarında mindən çox kölənin çalışdığı pambıq plantasiyaları quran loyalistlər tərəfindən məskunlaşdırılmışdır. Britaniya imperiyasında köləliyin ləğvindən sonra plantasiyalar əlverişsiz hala düşmüş, sualtı süngər hasilatının gəlir mənbəyi kimi əhəmiyyəti azalmışdır. Adanın sakinləri indiki dövrdə balıqçılıq və kiçik miqyaslı kənd təsərrüfatı ilə məşğuldur.

Baham adalarında ilk poçt şöbəsi Kruked-Aylenddə, Pitts-Taun şəhərində açılmışdır.

İnzibati bölgü

[redaktə | mənbəni redaktə et]

Kruked-Aylend Baham adalarının 32 rayonundan biridir. Ərazinin mahal mərkəzi Kolonel-Hill şəhəridir. Rayonun sahəsi 261 km2, əhalisi 330 nəfərdir.[1]