Akonityarpaqlı ampelopsis

Ampelopsis aconitifolia (lat. Ampelopsis aconitifolia) — Şimali Çində yabanı halda bitən bitki.

Akonityarpaqlı ampelopsis
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 3 m olan lianadır. Yarpaqları əlvari, növbəli, uzun saplaqlı, sadə və ya mürəkkəbdir, 3–5 hissəyə bölünmüşdür. Çiçəkləri düz, beş, bəzən dörd hissəli, xırda, yaşılımtıldır, uzun saplaqlı salxımlara yığılmışdır. Giləmeyvələri xırda, ağ, açıq- bənövşəyi, narıncı və ya qırmızıdır. Mayda çiçəkləyir, meyvələri sentyabr-oktyabr aylarında yetişir. 2–3-cü il yavaş, sonralar isə tez böyüyür. Saçaqlı kök sistemi vardır. Dirəklərə bığcıqların köməkliyi ilə qalxır.

Soyuğa və quraqlığa davamlıdır. Suvarıldıqda yaxşı inkişaf edir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Respublikanın bəzi bölgələrində mədəni şəraitdə rast gəlinir.

Şaquli yaşıllaşdırmada geniş istifadə edilir.

  • Tofiq Məmmədov, "Azərbaycan dendroflorasi" V cild, Baki, "Elm", 2019, 370 səh.