Akonkaqua (ing. Aconcagua) — Argentinanın Mendoza əyalətində, And sıra dağlarında yerləşən zirvə.[1] Dağ Asiyanın hüdudlarından kənarda yerləşən ən hündür zirvədir.[2] Akonkaqua 6,960.8 metr (22,837 ft) hündürlüyü ilə Cənub və Qərb yarımkürəsinin ən hündür dağıdır. Dağ yeddi qitədən Yeddi Zirvə adlanan dağlardan biridir.[2]
Akonkaqua | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 6960.8 m |
Yerləşməsi | |
32°39′13″ c. e. 70°00′40″ q. u.HGYO | |
Ölkə | Argentina |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Dağın adının mənşəyi mübahisəlidir: Argentinada yaşayan mapudunqunların dilində Aconca-Hue "başqa tərəfdən gəlir" deməkdir,[3] Keçua dilində Ackon Cahuak "daş keşikçi"[4] və ya Anco Cahuac Ağ keşikçi, Aymara dilində isə Janq'u Q'awa "ağ yarğan" mənasını verir.[5]
Alpinizm baxımından, Akonkaqua, şimaldan normal marşrutla dırmandıqda texniki cəhətdən asan bir dağdır. Akonkaqua, şübhəsiz ki, dünyada ən yüksək texniki kömək ehtiyac olmayan dağdır, çünki şimal marşrutu boyu demək olar ki heç bir texniki vasitə tələb etmir. Hündürlükdən təsirlər şiddətli olsa da (atmosfer təzyiqi zirvədəki dəniz səviyyəsinin 40%-ni təşkil edir), əlavə oksigen çox zaman istifadə edilmir. Hündürlük xəstəliyi əksər alpinistlərə, iqlimləşmə dərəcəsindən asılı olaraq müəyyən dərəcədə təsir edəcəkdir.[6] Normal dırmanma texniki cəhətdən asan olsa da, hər il bu dağda çox sayda itki olur (təkcə 2009-cu ilin yanvarında beş alpinist həlak oldu). Bu, cəhd edən alpinistlərin çoxluğuna və bir çox alpinistin bu dağdakı həqiqi problem olan yüksəlmə və soyuq havanın obyektiv risklərini qiymətləndirməmələri ilə əlaqədardır. Zirvəyə yaxın hava şəraitini nəzərə alsaq, soyuq hava xəsarətləri çox rast gəlinir.
Akonkaqua zirvəsinə bir avropalı tərəfindən çatmaq üçün ilk cəhd, 1883-cü ildə Alman geoloq və kəşfiyyatçı Paul Güssfeldtin başçılıq etdiyi bir partiya tərəfindən edildi. O dağdakı xəzinə hekayəsi ilə hambalları şirnikləndirərək, Rio vulkanı vasitəsi ilə dağa yanaşdı, şimal-qərb silsiləsi ilə zirvəyə iki cəhd etdi və 6,500 metr (21,300 ft) yüksəkliyə qədər çatdı. Onun istifadə etdiyi marşrut indi dağa qalxan normal yoldur.
İlk qeyd edilən zirvə fəthi 1897-ci ildə İngilis alpinist Edvard FitzGeraldın başçılıq etdiyi bir Avropa ekspedisiyası tərəfindən edildi. FitzGerald 1896-cı il dekabr-1897-ci il tarixləri arasındakı səkkiz cəhddən heç birində zirvəyə özü çata bilmədi, lakin ekspedisiyanın bələdçisi Matthias Zurbriggen yanvarın 14-də zirvəyə çatdı. Son cəhddən bir ay sonra, digər iki ekspedisiya üzvü, Stuart Vines və Nikola Lanti, 13 fevralda zirvəyə çatmağa nail oldu.[7]
Təqribən 7,000 metr (23,000 ft)-ə[8] yaxın hündürlüyü ilə Akonkaqua Asiyadan kənarda ən yüksək zirvədir.[9] Buranın Cənubi Amerikadakı bütün dağlar içində ən yüksək ölüm nisbətinə- ildə üç dəfə; sahib olduğu güman edilir. Məhz buna görə Akonkaqua "Ölüm dağı" ləqəbini qazanmışdır. Qeydlər başlayandan bəri Akonkaquada 100-dən çox insan öldü.[10]
Dağ ətrafındakı insan tullantılarının qeyri-düzgün şəkildə atılması səbəbindən sağlamlığa həm heyvanlar, həm də insanlar üçün əhəmiyyətli təhlükələr var.[8] İçmək üçün yalnız qaynadılmış və ya kimyəvi təmizlənmiş su qəbul edilir. Bundan əlavə, ekoloji təmiz tualetlər yalnız mütəşəkkil bir ekspedisiya üzvləri üçün mövcuddur. Hal hazırda iki baza düşərgəsindən, 120 bareldən çox tullantı (təxminən 22,500 kq) hər mövsüm vertolyotla daşınır.[11] Bundan əlavə, fərdi alpinistlər bu tualetlərdən istifadə etməzdən əvvəl bir ödəniş etməlidirlər. Bəzi böyük təşkilatçılar 100 ABŞ dolları, bəziləri gündə 5 ABŞ dolları və ya bütün qalmaq üçün 10 ABŞ dolları qədər bir qiymət verməli olur.[8]