Akril turşusu

Akril turşusu (СН2=СН–СООН, Propen turşusu və ya Etilkarbonal turşusu) — doymamış alifatik sırası turşuların ilk nümayəndəsidir.

Akril turşusu
Molekulyar modelin şəkli
Ümumi
Kimyəvi formulu СН2=СН–СООН
Molyar kütlə 72,06 q/mol
Fiziki xassələri
Sıxlıq 1,015 q/sm³
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi 13 °S
Qaynama nöqtəsi 141 °S
Buxarın təzyiqi 3 ± 1 mm Hg[1]
Kimyəvi xassələri
Turşunun dissosasiya sabiti 4,25 ± 0,01[2]
Təsnifatı
CAS-da qeyd. nöm. 79-10-7
PubChem
SMILES C=CC(=O)O
RTECS AS4375000
ChEBI 18308
BMT nömrəsi 2218
ChemSpider

Fiziki xassələri

[redaktə | mənbəni redaktə et]

Akril turşusu kəskin iyli, boğucu maye olub, qatı rəngə malikdir. Suda, dietil efirində, etil spiritndə, benzoldaxloroformda yaxşı həll olur. Akril turşusu saxlanıldıqda asanlıqla polimerləşir, onun polimerləşməsinin qarşısını almaq üçün inhibitorlardan istifadə edilir. İnhibitor olaraq hidroxinon əlavə etməklə akril turşusunu uzun müddət saxlamaq olur.

Kimyəvi xassələri

[redaktə | mənbəni redaktə et]

Akril turşusunun kimyəvi xassələri karbon turşusunun kimyəvi xassələrinin analoqudur, yəni, eynisidir. Akril turşusu polimerləşmə qabiliyyətinə malik olub irimolekullu birləşmələr əmələ gətirir. akril turşusu duzlar, xloranhidrid, anhidrid, mürəkkəb alkil və tsikloalkil efirləri və amidlər əmələ gətirir;

  • Karbon turşularının daxilinə halogen daxil etməklə karbon turşularının qüvvetliliyini artırırlar;
  • Aldehidlerin xarakterik reaksiyalarına daxil olmur.

Hal-hazırda akril turşusunu sintez etmək üçün parofazlı propilen ilə havanın oksigeninin oksidləşməsindən istifadə edilir: СН2=СН–СН3 + O2 → СН2=СН–СООН

Əvvəllər reaksiyada asetilen, karbon 2-oksid və sudan istifadə edilirdi:

СН≡СН + СО + Н2О → СН2=СН–СООН

və ya keten ilə formaldehid:

СН2=С=О + H2C=O → СН2=СН–СООН

Akril turşusu və onun mürəkkəb efirləri akril liflərinin, lak örtüklərinin, yapışqanların, boyaların, toxuculuq üçün köməkçi materialların istehsalında, kağız və dəri sənayesində tətbiq olunur [3] . Akril turşusu hazırda sənayenin ən mühüm monomerlərindən biridir. Ondan plastik kütlələrin, örtük materiaallaarın, lak-boyaların, müxtəlif monomerlərlə sopolimerlərin, tipoqrafik rənglərin, akril kauçukların, liflərin, suda həll olan polimerlərin istehsalında istifadə olunur. Akril turşusu super yapışqanların, torpağın strukturunuun saxlanması üçün kənd təsərrüfatında, tibdə dərman preparatlarının saxlanması üçün örtüklərin hazırlanması tətbiq edilir

  1. http://www.cdc.gov/niosh/npg/npgd0013.html.
  2. Weast R. C. CRC Handbook of Chemistry and Physics (1st student edition) (ing.). / R. C. Weast 1 CRC Press, 1988. ISBN 978-0-8493-0740-9
  3. A.M. Məhərrəmov, M.R. Bayramov. "Neft kimyası və neft-kimyəvi sintez". Bakı 2003. səh. 377