Akrilnitril

Akrilnitril(siyanid vinil, vinilsianid, prop-2-enonitril) CH2 = CH-C≡N - akril turşusunun nitrili.

Akrilnitril
Ümumi
Kimyəvi formulu C₃H₃N[1]
Molyar kütlə 53,06 q/mol
Fiziki xassələri
Sıxlıq 0,8064 q/sm³
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi -84 °S
Qaynama nöqtəsi 77 °S
Öz-özünə yanma temperaturu 481 ± 1 °C[2]
Buxarın təzyiqi 83 ± 1 mm Hg[3]
Təsnifatı
CAS-da qeyd. nöm. 107-13-1
PubChem
SMILES C=CC#N
RTECS AT5250000
ChEBI 28217
BMT nömrəsi 1093
ChemSpider

Fiziki xassələri[redaktə | mənbəni redaktə et]

Akrilnitril - badam və ya albalı tumlarının xarakterik qoxusuna bənzər olan rəngsiz bir mayedir. Kanserogen maddədir.

Alınması[redaktə | mənbəni redaktə et]

Akrilonitril sənayedə poliakrilamidin, poliektrolitlərin geniş miqdarda istehsalını təmin edir. Sintetik liflər akrilonitrilin polimeri (sintetik yun) yüksək möhkəmliyə, termiki davamlılığa, möhkəmliyə, elastikliyə, yaxşı boyanma qabiliyyətinə malikdir. Bu xassələrinə görə ondan geyim materialları üçün parçaların, süni mexlərin, xalçaların hazırlanmasında istifadə edilir. O həmçinin, pambıq və yun məhsullarla qarışıq halda da istifadə olunur. Akrilonitril əsas etibarı ilə butadien-nitril kauçukunun istehsalında istifadə olunur. Hazırda istehsal olunan perbutan kauçuku 72% butadiendən və 28% akrilonitrildən ibarətdir, perbutan eksta isə 60% butadiendən və 40% akrilonitril tərkiblidir. Axırıncı tətbiq kauçuka görə yağda 30-100 dəfə, benzində isə 10-20 dəfə az şişmək qabiliyyətinə malikdir.

  • Akrilnitril ilk dəfə 1893 ildə ilk dəfə fransız alimi More tərəfindən etilensianohidridin fosfor oksigeninin dehidratasiya reaksiyası zamanı alınıb.
  • Akrilnitril sənayaedə birinci dəfə etilen oksidin sian turşusu ilə birgə gedən reaksiyası zamanı alınıb

  • 40-cı illərdə asitelenlə sian turşusunun sitezi zamanı alınıb
  • 60-cı illərdən başlıyaraq yuxarıda göstərilən metoda alternativ olaraq Sohio adlanan proses zamanı (katalizator vismut fosfomolibdatdır)alınıb

Toksikliyi[redaktə | mənbəni redaktə et]

Akrilnitril 2-ci dərəcəli təhlükəsizlik sinfinə aiddir (yüksək təhlükəlidir). Nəfəs borusuna düşən zaman insan ölümünə gətirə bilər. Buxarları selikli qişanın və dərinin qıcıqlanmasına səbəb olur.Yanan zaman zəhərli qazlar əmələ gəlir. Akrilnitrillə zəhərləndikdə baş ağrısı, başgicəllənmə, halsızlıq, ürək bulanması, qusma, nəfəs darlığı, tərləmə, ürəkbulanma, bədən istiliyinin aşağı düşməsi, ürək döyüntüsünün zəiflədilməsi, qıcolma, huşun itirilməsi, qızartı və dərinin yanması baş verir. Bu səbəbdəndə akrilnitrillə işlədikdə əlekqaz, qoruyucu geyim, rezin əlcək istifadə etmək lazımdır. Zəhərləndiyi zaman təmiz havaya çıxarıb oksigen və 15 -30 s ərzində amilnitrit vermək lazımdır.

Tətbiqi[redaktə | mənbəni redaktə et]

Akrilnitril poliakrilnitrilin, sintetik liflərin, sianetilsellülozanın, akrilamidin, metakrilatın istehsalında, dərman preparatların, boyaların, qlutamin turşusunun sintezində istifadə olunur.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Далин М. А., Колчин И. К., Серебряков Б. Р., Нитрил акриловой кислоты, Баку, 1968
  • Теддер Дж., Нехватал А., Джубб А., Промышленная органическая химия, пер. с англ., М., 1977
  1. ACRYLONITRILE (ing.).
  2. http://www.cdc.gov/niosh/ipcsneng/neng0092.html.
  3. http://www.cdc.gov/niosh/npg/npgd0014.html.