Akselbant

Akselbant.

Akselbant (alm. Achselband‎ və ya Achsel — çiyin, Band — lent) — qızılı, gümüşü və ya rəngli saplardan toxunan və metal ucluqlarla tamamlanan hərbi geyim aksessuarı. 17-ci əsrdən Qərbi Avropada geniş yayılmışdır. Hazırda bir çox dünya dövlətlərində, eləcə də Azərbaycanda fəxri qarovul və hərbi paradlarda iştirak edən şəxsi heyətin geyimlərində, hərbi məktəb kursantların geyimlərində istifadə olunur.

  • Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 241. ISBN 978-9952-441-02-4.