Aksessor minerallar — süxurların tərkibində miqdarca çox az, lakin xarakterik minerallar. Bunlara apatit, maqnetit, sirkon, sfen, rutil, monasit və s. nümunə göstərmək olar. Bu süxurların kimyəvi tərkibindən asılı olaraq onların səciyyəvi aksessor minerallar kompleksi olur. Aksessor minerallar maqmanın kristallaşma mərhələsində ilk növbədə kristallaşır. Aksessor minerallardan maqmatik və faunasız çökmə süxurların korrelyasiyasında, qırıntı materiallarının mənbəyini və gətirilmə vasitələrini aydınlaşdırmaqda istifadə olunur.[1]