Aksesuar — geyimə məxsus olan və onu tamamlayan əşya. Buna şərf, əlcək, qalstuk və s. nümunə göstərmək olar.[1] Aksessuarlar çox vaxt geyimi və görünüşü tamamlamaq üçün seçilir.[2] Onlar insanın fərdiliyini əlavə olaraq ifadə etmək qabiliyyətinə malikdirlər. Termin XX əsrdə istifadəyə verilmişdir.[3]