Aktaş çayı

Aktaş (qum. Акъташ[1], çeç. Гӏурий[2], avar. Ахъташ[3][4], Казма[5]) — Dağıstan Respublikasında çay[6]. Çay Dağıstanın KazebekXasvyurt rayonları ərazisindən axır. Qumuq dilində toponimin tərcüməsi "ağ daş" — акъ таш[7] demkdir.

Aktaş
qum. Акъташ, çeç. Гӏурий, avar. Ахъташ
Ölkələr
Mənbəyi  
 • Yüksəkliyi 2300 m
Mənsəbi Sulak çayı
 • Yüksəkliyi -10 m
Uzunluğu 156 km
Su sərfi 2,65 m³/s
Su hövzəsi Sulak çayıXəzər dənizi
Hövzəsinin sahəsi 3390 km²
Aktaş çayı (Dağıstan)
mənbəyi
mənsəbi
Aktaş çayı Dağıstanın fiziki xəritəsində:

42°42′ şm. e. 46°32′ ş. u.HGYO

43°21′ şm. e. 47°01′ ş. u.HGYO
DSR[rus.] 07030000212109300000017
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aktaş öz başlanğıcını Suyasi-Meer silsiləsinin şimal-şərq yamacından, Andiyski silsiləsinin kəsişməsindən götürür. Mənbənin dəniz səviyyəsindən hündürlüyü — 2300 metrdir. Aktaş çayının meyilliyi 14,6 m/km-dir. Mənsəbinin hündürlüyü isə — 10 metrdir. Çayın uzunluğu — 156 km-dir. Çayın üçdə bir hissəsi dağlıq əraziyə daxildir. Aktaş çayının mənsəbi dəfələrlə dəyişilmişdir. Əvvəllər çay Qumuq düzənliyinə çıxdıqda parçalanırdı. Parçalanma ərazilərində: Tatayurt, Kambulat və Kazıyurt kəndlərində bir çox bataqlıq ərazilər formalaşmışdı. Çayın bol sulu olduğu zamanlardan suyu Aqraxan körfəzinə kimi gəlib çatırdı. Mənsəbi Yeni kosa kəndi yaxınlığındadır. Bataqlıq ərazilər qurutmaq məqsədilə kanallar inşa edilmiş və çayın suyu Terek çayına axıdılmışdır. Daha sonra Aktaş kanalı inşa edilmişdir. Kanal vasitəsilə Aksay və Aktaş çayının suları Sulak çayına axıdılır. Çay hövzəsinin 42% meşə örtüyü ilə örtülüdür. 40% isə alp çəmənliklər və otlaq sahələridir.[8]

Çay qarışıq qidalanmaya malikdir. Yağış suları və qrunt suları üstünlük təşkil edir. Çaya ilin isti vaxtlarında su səviyyəsinin artması, qış aylarında isə mejen xarakterikdir. Endirey kəndindən aşağıda çayın təbii rejimi müxtəlif kanallar vasitəsilə pozulur. Aşağı axarlarında Aktaş su anbarı inşa edilmişdir. Çayın orta illik su sərfi 2,65 m³/s, maksimal su sərfi — 408 m³/s. Çayın orta şəffaflığı 220 q/m³-dir. Aktaş çayının əsas qolları: Sırkikal, Salasu, Yarıksu, Aksaydır.

Çayın rejimini və xüsusiyyətini öyrənmək məqsədilə Endirey kəndində, hidroloji məntəqə qurulmuşdur. Əvvəllər bu tip araşdırmalar Leninaul və Adilotarda aparılardı. Aktaş çayının suyu suvarmada geniş istifadə olunur. Bundan başqa Xasavyurt şəhərinin su təminatı da Aktaş çayındandır. Çay üzərin vaxtı ilə kiçik su elektrik stansiyası fəaliyyət göstərmişdir.

  • Ресурсы поверхностных вод СССР. Том 9. Закавказье и Дагестан. Выпуск 3. Дагестан
  1. Твёрдый А. В. Топонимический словарь Кавказа. Ч. 1, 2. — Краснодар, 2006 г.
  2. Сулейманов А. Топонимия Чечни. Грозный: ГУП "Книжное издательство", 2006.
  3. "Терек – гьалагаб гIор" (avar). Республиканская газета «Хакикат». 2020-01-10. 10.05.2024 tarixində arxivləşdirilib.
  4. М.ГӀ.Чупалаев. КъотӀи букӀинчӀо... // «Чапар — Казбек районалъул газета» (avar). № № 28 (9822). — 2019. — 22 июль. — 3. 10.05.2024 tarixində arxivləşdirilib (PDF) (#archive_missing_url).
  5. "Территория и население кумыкских феодальных владений". kumukia.ru (rus). İstifadə tarixi: 2020-02-06.[ölü keçid]
  6. Ахташ  // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
  7. Кумыкско-русский словарь (Къумукъча-орусча сёзлюк), Бамматов Б. Г., Гаджиахмедов Н. Э. 2013 г.
  8. "Arxivlənmiş surət". 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-26.