Akvamarin

Akvamarin — solğun-mavidən açıq-yaşıla qədər rənglərdə mövcud ola bilən beril növü.[1] Akvamarinin rəngi istiliklə dəyişdirilə bilər.[2]

Akvamarin
Ümumi məlumatlar
Kateqoriya Silikatlar, Beril
Formul
(təkrarlanan vahid)
Be₃Al₂Si₅O₁₈
Xüsusiyyətləri
Rəng Solğun-mavidən açıq yaşıla qədər
Moos şkalası üzrə möhkəmliyi 7,5-8
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Akuamarin Be3Al2Si6O18 kimyəvi tərkibinə malikdir[3] və həmçinin Fe2+ ehtiva edir.[4] Mineral Moos şkalası ilə 7,5 ilə 8 arasında sərtliyə malikdir.[5] Akvamarin əsasən heç bir qarışıq ehtiva etməsə də,[6] mika, hematit və ya duzlu su kimi birləşmələrdən ibarət qarışıqlara malik ola bilər.[7]

Akvamarin qiymətli daşdır.[8]

Akvamarin adı latınca "su" mənasını verən aqua və "dəniz" mənasını verən marina sözlərindən yaranmışdır.[9] "Aquamarine" sözü ilk dəfə 1677-ci ildə istifadə edilmişdir.[10]

Akvamarinin dəyəri onun çəkisi, rəngi,[11] kəsimi və parlaqlığı ilə müəyyən edilir.[12] Mineral nisbi bolluğuna görə adətən zümrüd və ya biksbit (qırmızı beril) kimi beril qrupuna daxil olan digər qiymətli daşlarla müqayisədə nisbətən daha ucuz, mavi topaz kimi oxşar rəngli qiymətli daşlardan isə daha bahalıdır.[13][14] Mavi rəngi təbii olaraq meydana gəlmiş akvamarin nümunələri tərkibindəki dəmir ionunun yaratdığı sarı tonları azaltmaq üçün süni olaraq istiliyə məruz qoyulmuş nümunələrdən daha bahadır. [14]

Mədəniyyətdə

[redaktə | mənbəni redaktə et]

Akvamarin rənginə görə tarixən gənclik və xoşbəxtlik simvolu kimi istifadə edilmiş, həmçinin bu rəng ona adını da verməklə birlikdə Qərb mədəniyyətinin onu okeanla əlaqələndirməsinə səbəb olmuşdur.[15][16] Qədim Romalılar akuamarinin dənizlə səyahət edən insanları qorudğuna inanır,[17] ondan həmçinin xəstəliklərdən qorunmaq üçün istifadə edirdilər.

Çinlilər ondan möhürlər, heykəlciklər və qravürlər, yaponlar isə netsuke hazırlamaq üçün istifadə edirdilər.[18]

Akvamarin Əfqanıstan, Çin, Keniya, Pakistan, Rusiya, Mozambik, ABŞ,[19] Braziliya, Nigeriya, Madaqaskar, Zambiya, Tanzaniya, Şri Lanka,[20] Malavi, Hindistan,[21] Zimbabve, Avstraliya, MyanmaNamibiya kimi ölkələrdə tapıla bilər. [22] Braziliyanın Minas-Jerays ştatı akvamarin üçün əsas mənbədir. [23]

Akvamarin əsasən qranit peqmatitlərində tapılır.[24] O, həmçinin hidrotermal aktivliklə minerallaşmış metamorfik süxurlarda da tapıla bilər.[25]

  1. Manutchehr-Danai, Mohsen. Dictionary of Gems and Gemology (ingilis). Springer Science & Business Media. 2013-03-09. 24. ISBN 978-3-662-04288-5.
  2. Wenk, Hans-Rudolf; Bulakh, Andrei. Minerals: Their Constitution and Origin (ingilis). Cambridge University Press. April 2004. 542. ISBN 978-0-521-52958-7.
  3. "Aquamarine: the blue gemstone and March birthstone". geology.com. 2021-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-18.
  4. Perkins, Dexter; Henke, Kevin R.; Simon, Adam C.; Yarbrough, Lance D. Earth Materials: Components of a Diverse Planet (ingilis). CRC Press. 2019-07-24. 82. ISBN 978-0-429-59119-8.
  5. Jones, Cindy. Geology (ingilis). Lotus Press. 2005. 16–17. ISBN 978-81-89093-35-8.
  6. Grande, Lance; Augustyn, Allison. Gems and Gemstones: Timeless Natural Beauty of the Mineral World (ingilis). University of Chicago Press. 2009-11-15. 125. ISBN 978-0-226-30511-0.
  7. "Aquamarine | Birthstones | Gems | Geology & Soils | Online Resources | School of Natural Resources | University of Nebraska–Lincol". snr.unl.edu. 2023-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-30.
  8. Oldershaw, Cally. Firefly Guide to Gems (ingilis). Firefly Books. 2003. 124. ISBN 978-1-55297-814-6.
  9. Cresswell, Julia. Little Oxford Dictionary of Word Origins (ingilis). Oxford University Press. 2014. səh. 174. ISBN 978-0-19-968363-5.
  10. Merriam-Webster.com Dictionary, aquamarine, 2017-02-06 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2023-12-24
  11. "Aquamarine: the blue gemstone and March birthstone". geology.com. 2021-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-18.
  12. "How to Value Aquamarine". Sciencing (ingilis). 2021-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-30.
  13. Grande, Lance; Augustyn, Allison. Gems and Gemstones: Timeless Natural Beauty of the Mineral World (ingilis). University of Chicago Press. 2009-11-15. 125. ISBN 978-0-226-30511-0.
  14. 1 2 Oldershaw, Cally. Firefly Guide to Gems (ingilis). Firefly Books. 2003. 124. ISBN 978-1-55297-814-6.
  15. Pearl, Richard M. Popular Gemology (ingilis). Read Books Ltd. 2016-09-06. 95. ISBN 978-1-4733-5633-7.
  16. "Aquamarine Value, Price, and Jewelry Information - Gem Society". International Gem Society (ingilis). 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-21.
  17. Webster, Richard. The Encyclopedia of Superstitions (ingilis). Llewellyn Worldwide. 2012-09-08. 14. ISBN 978-0-7387-2561-1.
  18. Rapp, George R. Archaeomineralogy (ingilis). Springer Science & Business Media. 2013-03-09. 97–98. ISBN 978-3-662-05005-7.
  19. Oldershaw, Cally. Firefly Guide to Gems (ingilis). Firefly Books. 2003. 125. ISBN 978-1-55297-814-6.
  20. "Aquamarine Value & Worth". Grav (ingilis). 2021-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-29.
  21. "Aquamarine: the blue gemstone and March birthstone". geology.com. 2021-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-18.
  22. Grande, Lance; Augustyn, Allison. Gems and Gemstones: Timeless Natural Beauty of the Mineral World (ingilis). University of Chicago Press. 2009-11-15. 126. ISBN 978-0-226-30511-0.
  23. Oldershaw, Cally. Firefly Guide to Gems (ingilis). Firefly Books. 2003. 124. ISBN 978-1-55297-814-6.
  24. Oldershaw, Cally. Firefly Guide to Gems (ingilis). Firefly Books. 2003. 124. ISBN 978-1-55297-814-6.
  25. "Aquamarine: the blue gemstone and March birthstone". geology.com. 2021-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-18.