Alçaqboy xamerops

Alçaqboy xamerops (lat. Chamaerops humilis) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinin xamerops cinsinə aid bitki növü.

Alçaqboy xamerops
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Təbii halda Avropanın qərb hissəsində, Aralıq dənizyanı ölkələrində və Şimali Afrika da yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Alçaq gövdəli koldur. Gövdəsi bozumtul-göy rəngli sərt yarpaqlardan ibarət sıx çətir əmələ gətirir, kürən-qonur liflərə sıx çətir örtülmüşdür. Saplaqların uzunluğu 70-80 sm-ə qədərdir. Yarpayası yelpikvari sərtdir, diametri 50-60 sm, qaidəsinin kənarında pazvari oyuq vardır. Sermenlərin sayı 30-a çatır, üst tərəfi tünd yaşıl, alt tərəfi bozumtul rəngdədir. Xamaşçiçəyin gövdənin qaidəsi yaxınlığında yerləşən və uzunluğu 30-40 sm-ə olan qıçalardı. Kasacığın dilimləri sivridir. İkicinsli çiçəkləri oturaqdır. Yaşımtıl-sarı rəngdədir. Meyvəsi sarımtıl rəngli, oval və ya kürəyə oxşar yumurtavaridir, lətli və qabalilfi meyvəyanlığı vardır. Mayın birinci yarısında çiçəkləyir, meyvələri isə noyabr ayında yetişir. Toxumları uzunsov, uzunluğu 11–12 mm, eni 12-15 mm-dir. Toxumla, kök pöhrələri ilə çoxaldılır.

İstisevən, az şoranlaşmış torpağa, quraqlığa davamlı bitkidir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Abşeron, Lənkəran, Gəncə, Qəbələ və digər şəhər və rayonlarda park və bağlarda mədəni şəraitdə becərilir.

Tək və qrup əkinlərində istifadəsi məqsədyönlüdür. Yarpaqlarından alınan lifdən baş örtükləri, səbət, kəndir, tor, qaytan və s. hazırlamaq üçün istifadə edilir.

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Corypha humilis (L.) Pynaert
  • Phoenix humilis (L.) Cav.

Yarımnövləri

[redaktə | mənbəni redaktə et]
  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1187.