Alüminium xlorid

Alüminium xlorid – alüminium duzu və xlorid turşusu. Kimyəvi formulu — AlCl3.

Alüminium xlorid
Molekulyar modelin şəkli
Ümumi
Kimyəvi formulu AlCl3
Molyar kütlə 133.34 q/mol
Fiziki xassələri
Sıxlıq 0,714 q/sm³
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi 192,4  °S
Qaynama nöqtəsi 120  °S
Təsnifatı
CAS-da qeyd. nöm. 7446-70-0
PubChem
RTECS BD0530000
ChEBI 30114
BMT nömrəsi 3264
ChemSpider

Adi temperaturada 183°C-də uçur (təzyiq altında 192,6 °C-də əriyir). Suda yaxşı həll olur (25 °C temperaturda 100 qr H2O-da 44,38 qr); nəm havada hidroliz nəticəsində tüstülənməyə başlayır və HCl ayrılır. Sulu məhluldan sarımtıl-ağ rəngdə kristalohidrat — AlCl3• 6H2O formasında məhlulda asılı şəkildə üzən kristal ayrılır. Bir sıra üzvi birləşmələrdə yaxşı həll olur (məsələn, 25 °C temperaturda 100 qr etanolda 100 qr, asetonda, dixloretanda, etilenqlikolda, nitrobenzolda, karbondördxloriddə və s.).

Alüminium xloridin sənayedə alınmasının ən əhəmiyyətli üsulu — Cl2 və CO qarışığının şaxta sobalarında susuzlaşdırılmış kaolin və ya boksitə təsirinə əsaslanır:

AI2O3 + 3CO + 3Cl2 ↔ 2AICI3+3CO2 • 6H2O3

900 °C temperaturda bor üçxlorid və alüminium fosfid qarışığından bor fosfid və alüminium xlorid alınır:

  • BCI3 + AIP → BP + AICI3

Alüminium xloridin digər alınma üsulları da mövcuddur:

  • AI + FeCI3 → AICI3 + Fe
  • AI (OH)3 + 3HCI → AICI3 + 3H2O
  • CuCI2 + AI → 2AICI3 + 2Cu
  • AI + 6HCI → AICI3 + 3H2

Susuz alüminium xlorid bir sıra qeyri üzvi (məsələn, NH3, H2S, SO2) və üzvi (məsələn, turşuların xloranhidridləri, efirlər və s.) maddələrlə birləşmə məhsullarını əmələ gətirir. Bu da AlCl3 neft emalında və üzvi sintezlərdə (məsələn Fridel – Krafts reaksiyasında) katalizator kimi texniki tətbiqinin mühüm əhəmiyyət kəsb etdiyini gəstərir. Heksahidrat və onun məhlulları qrunt sularının təmizlənməsi, ağac emalı və digər sahələrdə istifadə olunur.

Alüminium xlorid orqanizmə daxil olduqda çox toksikdir, həm də korroziya aktivliyinə malikdir.

  • Химическая энциклопедия / Редкол.: Кнунянц И.Л. и др.. — М.: Советская