Alıxan pəyəsi körpüsü

Alıxan pəyəsi körpüsüDərələyəz mahalının Keşişkənd (06.12.1957-ci ildən — Yeğeqnadzor) rayonu ərazisində, Səlim çayının üzərində, Qoytul kəndi ilə Həsənkənd kəndi arasında, hazırda xarabalıqları qalan Alıxan pəyəsi kəndinin aşağısında yerləşən biraşırımlı daş körpüdür.[1]

Alıxan pəyəsi
Alıxan pəyəsi
Üslubu Tağlı körpü
Uzunluğu 30 metr
Eni 4 metr
Hündürlüyü 9 metr
Açılışı 1666

Tarixi abidənin hazırda Səlim çayının sağ sahilində bir hissəsi qalmaqdadır. Körpünün yerində çayın sağ və sol sahilləri arasında məsafə 13 m, körpünün eni 4 m, su səthindən orta xətti 9 m, ümumi uzunluğu 30 m olmuşdur. Körpü divarındakı kitabələrin birində Süleyman şahın adı qeyd olunduğundan onun 1666-cı ildə tikildiyi ehtimal edilsə də, körpünün 1340–1344-cü illərdə Elxani hökmdarı Süleyman xan tərəfindən tikdirilməsi versiyası da mövcuddur.[2]

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Dədəli körpüsünə oxşar xüsusiyyətlərə malikdir. Körpünün tağbəndini tamamlayan hörgü cərgəsi, ümumi səthdən geri çəkilmişdir. Körpünün aşırımı təqribən 4 metr, çay səviyyəsindən ən hündür yeri 9 metr, yerüstü uzunluğu isə 30 metrdir.

  1. Səsi, Vətən. "Qərbi Azərbaycanın tarixi abidələri, Alıxan pəyəsi körpüsü". vetensesi.az (ingilis). 2024-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-22.
  2. Əziz Ələkbərli. Qərbi Azərbaycan abidələri (Azərbaycan). səh. 154. 2023-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-08.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]