Al-qırmızı zoğal

Al-qırmızı zoğal (lat. Cornus sanguinea) — bitkilər aləminin zoğalçiçəklilər dəstəsinin zoğalkimilər fəsiləsinin zoğal cinsinə aid bitki növü.

Al-qırmızı zoğal
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Cənubi Avropada, Baltikyanı ölkələrdə təbii halda bitir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 4-6 m-ə çatan, düz gövdəli, şaxələnmiş və ya sallaq budaqlı kol və ya ağacdır. Cavan zoğları çılpaqdır, əvvəlcə yaşıl, sonra qonur-qırmızı rəngli olur. Yaşıl zoğları boz-qırçınlıdır. Yarpaqları saplaqlıdır, uzunluğu 2-9,5 sm, eni 6 sm-ə qədərdir, üst tərəfdən parlaqyaşıl, alt tərəfdən solğundur, hər iki tərəfdən sıx qısa, iki yerə bölünmüş tükcükləri olduğuna görə kələ-kötürdür, yumurtaşəkilli-ellipsvari və ya ellipsvari, qısa sivri sonluqludur; yarpağın qaidə hissəsi dəyirmi və ya enli-pazşəkillidir; yan damarçıqlar hər tərəfdən 4-5 ədəd yerləşmişdir. Çiçək qrupu çox vaxt yastı olur, eni 6 sm-ə qədərdir, çiçək qrupunun saplaq və budağı sıxılmış tüklüdür. Ləçəkləri 5-6 mm uzunluqdadır və neştərtvari formada olub, xaricdən tüklüdür. Çiçəklənməsi may-iyun aylarına təsadüf eləyir. Meyvələri şarşəkillidir, qara rəngdədir, diametri 5-9 mm-dir. Çəyirdəyi şarşəkillidir. Meyvə verməsi sentyabr ayına təsadüf eləyir.

Şaxtaya, kölgəyə davamlıdır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Böyük Qafqaz(BQ) Quba, BQ şərq, BQ qərb, Kiçik Qafqaz şimal, KQ cənub, KQ mərkəzi, Naxçıvan. dağ., Lənkəran dağ. Orta dağ qurşağına qədər.

Yaşayış mühiti

[redaktə | mənbəni redaktə et]

Meşələrdə, meşənin kənarlarında, kolluqlarda, çayların sahilində,dərələrdə rast gəlinir.

Oduncağı yaşılımtıl-ağ və ya qırmızı rəngli, möhkəm olduğu üçün taxta istehsalında istifadə edilir. Dekorativ bitki kimi bağ və parklarda əkilir.

  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 117.