Ala acıyonca

Securigera varia (lat. Securigera varia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin securigera cinsinə aid bitki növü.

Securigera varia
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 80 sm-ə qədər, gövdəsi zəif, əyilib qalxan və ya düz, uzun, tin-tin və içi boş, çılpaq və ya tüklü, adətən budaqlanan çoxillik ot bitkisidir. Yalançı zoğları sərbəst olub, kiçikdir, xətvarineştərşəkilidir və uzunluğu 3 mm-dir. Yarpaqları tək lələkvaridir, qısa saplaq üzərində 15-25 ədəd oval və ya uzunsov, küt yarpaqcıqlar yerləşmişdir. Çiçəkləri 12-20 ədəd olmaqla, çiçək oxunun uzunluğu 3-15 sm-ə qədər olan, qısa başcığaoxşar çətirlərdə toplanmışdır; çiçək saplağı kasacıqdan iki dəfə uzun, ona bərabərvə ya ondan qısadır. Tac çəhrayı və ya bənövşəyi rəngdə olub, ağ zolaqlıdır. Paxlaları qəhvəyi rəngdədir, düz və ya qövsşəkilli əyilmişdir, 1-10 ədəd yastı-dördtilli buğumlardan ibarətdir. Toxumları uzunsovovaldır, qəhvəyi və ya qonur rəngdədir. May ayında çiçəkləyir, may-iyul aylarında meyvə verir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın bütün rayonlarında. Ovalıqdan, yuxarı dağ qurşağına qədər.

Yaşayış mühiti

[redaktə | mənbəni redaktə et]

Çəmənliklərdə, meşə kənarında, kolluqlarda və bağlarda rast gəlinir.

Təsərrüfat əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Yaşıl yarpaq və gövdəsində aşı maddəsi vardır. Xalq təbabətində istifadə olunur. Cavan yarpaq və gövdəsi zəhərli olur.