Alabəzək usneya

Alabəzək usneya (lat. Usnea florida) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir– VU D2. Nadir növdür.[1][2]

Qısa morfoloji təsviri[redaktə | mənbəni redaktə et]

Tallomu kolşəkilli, dəstəvari-dikduran, uzunluğu 5-10 sm-ə qədər, sarı-yaşılımtıl, bozumtul –yaşıl rənglidir, dixomik yaxud simpodial şaxələnmişdir. Budaqları silindrik, qabıq təbəqəli, üst hissəsi sıx məməcik və fibrillərlə örtülüdür. Apotesilər çoxsaylıdır, diski açıq rəngli, kənarları kirpiklərlə əhatə olunmuşdur. Tallom və özək KOH təsirindən saralır.[3]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Mezofitdir, sporla çoxalır. Antimikrob xüsusiyətinə görə qədim xalq təbabətində və tibdə dərman bitkisi kimi istifadə olunur.[4][5][6]

Yayılması[redaktə | mənbəni redaktə et]

Zaqatala rayonu (Zaqatala Dövlət Qoruğunda), Qusar rayonu (Hil kəndin cənub –qərb hissəsi), Göygöl rayonu (Göygöl Dövlət Təbiət Qoruğu 1700-1800m). Dağ meşədə yarpaqlı ağacların qabığında yayılmışdır.[5][7]

Sayı və tendensiyası[redaktə | mənbəni redaktə et]

Populyasiya azalır. Antropogen və iqlim təsirləri növün itmə təhlükəsini gələcəkdə yarada bilər.[2]

Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]

Əhali tərəfindən ağacların qırılması və atmosferin çirklənməsidir.[1]

Mühafizə tədbirləri[redaktə | mənbəni redaktə et]

Növün arealını xəritələşdirmək. Populyasiyaları üzərində daim nəzarət təşkil etmək lazımdır.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 http://redbook.az/?options=project&id=Alab%C9%99z%C9%99k%20usneya[ölü keçid]
  2. 1 2 Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri. II nəşr. Bakı: 2013
  3. Бархалов Ш.О. 1969
  4. Шретер А.И., 1979
  5. 1 2 Атлас ареалов и ресурсов лекарственных растеный СССР, 1980
  6. "Arxivlənmiş surət". 2017-07-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-16.
  7. Новрузов В.С., 1990