Alakuas (Katalan dilində və rəsmi olaraq Alaquàs) Valensiya bölgəsinin, Valensiya əyalətində, Huerta Oeste rayonunun mərkəzi hissəsində yerləşən ispan şəhəridir. Valensiya paytaxt ərazisinə daxildir. 2014-cü ildə, Alakuasda (Milli Statistika İnstitutu) 29 964 nəfər əhali sayı qeydə alınmışdır.
Alakuas | |||
---|---|---|---|
|
|||
39°27′30″ şm. e. 0°27′46″ q. u.HGYO | |||
Ölkə | |||
Tarixi və coğrafiyası | |||
Sahəsi | 3.9 km² | ||
Mərkəzin hündürlüyü | 42 ± 1 m | ||
Saat qurşağı | |||
Əhalisi | |||
Əhalisi | 29 660 nəfər (2016) | ||
Rəqəmsal identifikatorlar | |||
Poçt indeksi | 46970 | ||
Nəqliyyat kodu | V | ||
Digər | |||
alaquas.es alaquas.org |
|||
Vikianbarda əlaqəli mediafayllar |
Alakuas adının mənşəyi ərəb dilində “tağlar”, “sıratağlar” الأقواس (al-aqūās) sözündən gəlir. Toponimin dəqiq olaraq hansı tağlara istinad etdiyi bilinməsə də, uzun müddət güman edilib ki, Manisesdən gələn su arxları və Torrente dərəsi üzərində inşa edilmiş körpü və tağlar nəzərdə tutulub. Daha az güman edilən üçüncü ehtimal isə qədim müsəlman qalasının tağlarına istinad edilməsidir. Xristian rekonkistasından müasir dövrə qədər yerin adı daha çox Alaquaz kimi istifadə edilib.
Valensiya bölgəsində (Huerta de Valencia) 42 m hündürlükdə yerləşir və 3.9 km² ərazini əhatə edir. Əyalətin paytaxtından 7 km qərbdə yerləşən Alakuas Qərb Rayonuna daxildir. Şəhərin yerləşdiyi ərazi qərbdən şərqə qədər uzanan bağların formasına görə müəyyən edilib və bu ərazilər ən qərb nöqtəsinə qədər Benaçer arxının suları ilə suvarılır. Alakuas öz qonşu şəhəri Aldaya ilə birlikdə Valensiyanın urbanizasiya çətiri altında yerləşir.
İmperiya dövrünün pul vahidindən xatirə lövhəsinə qədər tapıntıların olmasına baxmayaraq, Alakuas özək olaraq, müsəlman mənşəli malikanə olub. 1238-ci ildə I Xaime oranı təslim alır və həmin ilin iyul ayının 4-də onu Bernat de Kastelnouya bağışlayır. Həmin şəxs isə digər mülklərin qarşılığında oranı Pons Solerə hədiyyə edir, hansı ki, Pons Soler daha sonra oranı tamamilə müsadirə edir və krallığa (taxtına) qatır. Hər bir halda 1319-cu ildə Xoan Escriba ağalığı satın alır, daha sonra bu Villaraquta ötürülür, XV əsrdə isə Aqulara keçir. 1520-ci ildə Alakuas oğru və quldurların (isp. Germanías) üsyanına qoşulmadığı üçün şəhər titulu qazandı. 1557-ci ildə II Felipe Alakuas mahalını yaratdı və onun ağalığı 1584-cü ildə Luis Pardo de la Kastaya keçdi. Bu həmin şəxsdir ki, əvvəlki müsəlman güclənməsi ilə bağlı Alakuas qalasının tikintisinə təkan vermişdir. Daha sonra mahal Manfredi markizlərinə və onun ardınca Bolbaite baronuna mənsub oldu.
1520-ci ildə Alakuasın əsası 120 ailədən ibarət idi (təxminən 550 şəxs), 1609-cu ildə isə bu rəqəm 200-ə çatırdı (təxminən 900 sakin). 1611-ci ildə ərəb mavritanların çıxarılması nəzərəçarpacaq dərəcədə saya təsir etdi, bu onunla nəticələndi ki, 1646-cı ildə ərazidə yaşayan ailələrin sayı 153-ə düşdü (689 sakin) və 1713-cü ildə yalnız 143 ailə (644 sakin) orada yaşayırdı. Bütün hər şeyə baxmayaraq, əhali özünü bərpa etdi və 1877-ci ildə sakinlərin sayı 2000-ə çatırdı. XX əsrdə şəhərin fizionomiyası və hərəkətliliyi tamamilə dəyişdi və böyümə XX-ci əsrin ikinci yarısında xüsusilə intensivləşdi. İlkin olaraq yataqxana, daha sonra isə sənayeləşmiş şəhərə (1970-ci ildə aktiv əhalinin 72%-i sənaye sahəsində çalışırdı) çevrilməsi izah edir ki, Alakuas həmin dekadalarda immiqrasiya mərkəzi olub. Faktiki olaraq, 1975-ci ildə Alakuas əhalisinin 76%-i xarici mən şəli idi.
İcra hakimi | Hakimiyyət illəri | Partiya |
Albert Taberner | 1979-1983 | PCE |
Fransisko Tarreqa | 1983-1987 | PSPV-PSOE |
Fransisko Tarreqa | 1987-1991 | PSPV-PSOE |
Adria Hernandez | 1991-1995 | PSPV-PSOE |
Adria Hernandez | 1995-1999 | PSPV-PSOE |
Xorxe Alarte Qorbe | 1999-2003 | PSPV-PSOE |
Xorxe Alarte Qorbe | 2003-2007 | PSPV-PSOE |
Xorxe Alarte Qorbe | 2007-2011 / Elvira Qarsia Kampos (2009-dan bəri) | PSPV-PSOE |
Elvira Qarsia Kampos | 2011-2015 | PSPV-PSOE |
Elvira Qarsia Kampos | 2015- | PSPV-PSOE |
2008-ci ildə Alakuas əsas olaraq sənayə (məşğuliyyətin 45%-i) və xidmətlər (məşğuliyyətin 53%-i) ərazisi idi. 2%-dən bir az artıq məşğuliyyət göstəricisi ilə kənd təsərrüfatı Alakuasda qalıq sahədir. 2008-ci ildə suvarılan 134 ha sahədən 99 hektar sitrus meyvələrinin, 35 hektar sahə isə bitkilərin becərilməsinə sərf olunmuşdu. Kərpic və küp hazırlanmasındakı ixtisaslaşma öz yerini taxta (mebel), metal məhsulların hazırlanması və qida sənayesinə verdi. Sənayə ərazisi El Bobalar (32 ha qərbə doğru), Els Mollons və digər təcrid olunmuş anklavlarla birlikdə 160 ha sahəni əhatə edir. 2008-ci ildə müəssisələrin sektorlara bölgüsü: 59% sənaye sahəsi, 24% müəssisə xidməti, 9% istehlakçılara xidmət, 3% aqroqida və 4% digər xidmətlər.
Alakuas saray-qalası (Castell-palau d'Alaquàs): Həmçinin Dörd Qüllə qalası və ya Aqilar sarayı kimi də adlandırılır. Onun tikintisinə 1582-ci ildə Alakuasın birinci qrafı Luis Pardo de la Kasta təkan vermişdir (çox güman ki, paytaxtın müsəlmanlar üzərində müdafiə kəmərinin bir hissəsi olub). Uzunluğu 40 metr olan düzbucaqlı binaya malik bu qala hər biri 25 metr hündürlüyə malik dörd qüllədən və ağır darvazalı girişi olan daxili həyətyanı sahədən ibarətdir. Sökmək cəhdindən sonra 1918-ci ildə milli tarixi abidə elan edilib və 1940-ci ildən bəri bir neçə dəfə bərpa olunub. 2003-cü il yanvarın 3-də şəxsi əllərdən çıxaraq, İcra Hakimiyyətinin bir parçası olmağa başladı.
• Asunsion kilsəsi: Qalaya bitişik olan bu kilsə qotik memarlıq üslubunun detallarını daşımasına baxmayaraq, inşasının 1649-cu ilə aid olduğu göstərilir. Ən maraqlı hissələri XVII-XVIII əsrlərə aid kirəmit dekorasiyası və mehrabın arxasıdır (1597), bu hissələr Valensiyanın Xuanes məktəbinin işlərinə bənzəyir.
• Virgen del Olivar Kilsəsi: 1537-ci ilə dominikanlara aid olmuş qədim konventin məbədi 1887-ci ildə qurban rahibələr tərəfindən tutulub. Bir yan qüllədən ibarət binadır və üzərində şəhərin müdafiəçisi Olivar bakirəsinin şəkli var.
Alakuasın tarixi nüvəsi hazırkı bələdiyyə ərazisinin ən şərq nöqtəsində yerləşir. Ən qədim hissə indiki Konstitusiya meydanının ətrafı olan Santisimo, Oyeros, San Roke, eyni zamanda Baş küçə, San Miqel, Valensiya və Benyiure küçələrini əhatə edir. Yəni Alakuas saray-qalası və Asunsion kilsəsi kimi görkəmli binaların ətrafından ibarətdir. Tarixi mərkəzə həmçinin şərqdən Konventin ətrafları da aiddir.
Cənub hissənin yarısı və rayonun şərq hissəsi daha nizamlı və həndəsi quruluşa malikdir. Alakuasın hazırkı məhəllələrini əhatə edən əsas yollar qədim Valensiya yolları olub (Blasko İbanyez prospekti), Torrentenin yeni və qədim yolu (Pablo İqlesias-Ausias Març prospekti), Turisin qədim yolu (Kuenka küçəsi) və qədim Aldaya yolu (şimala doğru).
• Böyük bayramlar: avqustun sonundan sentyabrın əvvəlinə qədər qeyd olunur. Əsas hadisələr arasında Correfuegos (Korrefueqos- hərfi tərcümədə alov qaçışları, katalan və valensiyan dillərində: Correfoc), Mavrlar və Xristianlar (Moros y Cristianos), Ənginar və ip oxuması (el Cant de la Carxofa y la Cordá).
• Fayas: mart ayında qeyd olunur. Alakuasın 11 fayera komissiyası və öz mükafatları var.
• Porrat bayramı: son zamanlarda yenidən bərpa olunmuş və yazda San Fransisko de Paulanın şərəfinə qeyd olunur. Buğlama (caldereta) bişirilir və qonşular arasında paylanır, qastronomiya nümayişi təşkil olunur.
• Alakuas Rok Festivalı: beynəlxalq proyeksiya ilə rok festivalıdır, daha çox FRA kimi tanınır.
• Kremona (Lombardiya, İtaliya)
• Lanxaron (Qranada, İspaniya)
Bu məqalə qaralama halındadır. |