Alanqova – türk və monqol mifologiyasında mifolojik personaj. Alanguva, Alanhova, Alangova da deyilir. Ay işığından hamilə qalmışdır. Gecə çadırının pəncərəsindən içəri parlaq bir ay girmiş, hamilə olmuşdur. Buyan Xanın qızıdır. Atasının 41-ci qızıdır. Anasını əgər qız doğsa öldürməklə təhdid edən atasından qorunmaq üçün kişi paltarı geyindirilmiş və elə böyüdülmüşdür. Çox güclüdür. Oğlunun adı Buzancardır. Atasından qorxduqları üçün hamilə qızı anası bir sala qoyub çaya buraxır. Uşağı çaya qoyma motivi, Şumer və Yaxın Şərq əfsanələrində də mövcuddur. Ancaq burada çaya buraxılan uşaq deyil, hamilə qadının özüdür. Alanqova tək gözü olan Duva olan biri ilə evlənir. Bu adamdan da 12 oğlu olar. Qardaşlarının ilk oğlunu öldürməsindən qorxan anası Buzancarı çayın kənarına aparıb suyu izləməsini və babasının yurduna dönməsini nəsihət edər. O da belə edərək yurduna geri dönər və daha sonra irəliləyən illərdə xaqan olar.
Monqol, türk, tibet xalqlarının ortaq qəhrəmanlıq dastanı "Qeser"in bəzi mətnlərində baş qəhrəmanın özü kimi göydən enmiş sevimli qadını Alanqoa adlanır[1].
XIII-XIV əsrə aid "Çinğiznamə"də Çingiz xanın anası Börtəçinə də Alanqoa adıyla qeyd edilir[1]. Mifologiyada Alanqoa həm də bütün monqolların ümumi əcdadı sayılır[1].
(Al) kökündən gəlir. Alan (Alun) və Guva (Gova / Kuba) sözlərinin birləşmiş formasıdır. Monqol mənşəli bir sözdür. Quva maral deməkdir, ayrıca gözəllik mənası da vardır. Alan sözü işıq, nur mənalarına gəldiyi kimi meşəlik ərazini bildirir. İşığın maralı və ya İşıq gözəli kimi bir tərcümə təxminən olaraq mənasını ifadə edə bilər. Ala (qarışıq rəngli) sözü ilə də əlaqəlidir.