Sarı qız

Sarı qıztürkmonqol inanclarında mifoloji surət[1].

Sarı qız surəti bütün türk xalqlarının mifologiyasında, inanclarında yeri olan hami ruhlardandır[2].

Başlanğıcını qədim türk inanclarından götürmüş Sarı qız türkmonqol mifologiyalarında ortaq inaclardan gələn qədim köklü surətdir[1]. Həmin surətin adına kumandin ovçuluq əfsanələrində "Taqnınq ezi Sarı kıs" (azərb. "Dağ əyəsi Sarı qız"‎) şəklində rast gəlinir[1]. Təbiətin gizlin güclərindən olan bir mifoliji varlıq kimi o, Anadoludan başlayaraq Qafqaz, Türküstan, Altay bölgələrinə yayılmışdır[1]. Qazax, qırğız və başqırdlarda "Sarı qız" surətində ruhun varlığına inanılmışdır[1].

Dağ əyəsi, ruhu olan Sarı qızla türk mifoloji surətlərindən pərilərin – gözəgörünməz gözəl qızların əsasən dağlarda yaşamaları arasında mifoloji görüş cəhətdən birlik olması hesab olunur[2].

Sarı qızın daşıdığı əsas xüsisiyyətlər tanınmış türk folklorşünası Cəlal Bəydili tərəfindən ensiklopedik səviyyədə araşdırılıb[1].

Bəha Səid bəy 1926-cı ildə çap olunmuş "Türk yurdu" dərgisindəki yazısında Anadoluda Sarı qız əfsanəsinə uyğunlaşmış xalq oyunu haqda məlumat vermişdir[1]. O, həmin mövzunun süjetinin "Çin türkləri ilə monqolların məzhəti olan Lama məzhəbi buddizmdən" gəldiyini və buradan İsmaili etiqadına keçdiyini göstərmışdir[1]. Bəha Səid bəy həmin yazısında Sarı qızla "türklərin milli tipi olan Alanqova" arasında da paralellər aparmışdır[1].

Sarı qız surəti Anadolu taxtacı türkmənləri arasında çox sayda əfsanələrin yaranmasına səbəb olmuşdur[1]. Türkmənlərin inancına görə onun qəbri Qaz dağının zirvəsində yerləşir[1].

Sarı qızın meşənin əyəsi, qoruyucu ruhu olmasına inanılır[1].

Anadoluda, Afyonqarahisarda, Mudurnunun Gəncək kəndi yxınlığında Sarı qız adlı qaya, Təkirdağda Sarı qız adlı pir var ki, onlar yerli xalqın sitayiş yerləridir[1].

Qafqaz türklərindən olan noqayların inanclarında da Sarı qız mifoloji surəti özünəməxsus xüsusi yer tutur[1].

Özbəklərin inanclarına görə isə, kimə Sarı qız toxunarsa, həmin adam əsl şaman olar[1].

Orta Asiya türklərinin ənənəvi inanclarında Sarı qız dağ ruhu olduğu qədər yarğanların, suya yaxın yerlərin əyələri sayılır[1].

Şamanlar onlara vergi verilməsini birbaşa Sarı qızın ruhuyla bağlayırlar[1].

Sibir tatarlarının inanclarında bu mifoloji surət Sarıçaç (azərb. Sarısaç‎) adlanır.

Azərbaycan xalq mahnısı olan "Sarı gəlin"də sevənin üsyanı, yanğısı, ümidsiz çırpınışı, sevilənə qovuşa bilməməsi Sarı qızdan gələn toxunulmazlıqla əlaqəlidir[3]. Düşünülür ki, qadın mənşəli hami ruhlar cəhətdən eyni nkişaf mərhələləri "Ak Ana", "Umay", "Sarı qız", "Sarı gəlin" ardıcıllığında davam edib[2].