Albalı dondurması

Albalı dondurması (ing. Cherry ice cream) – albalı istifadə edilərək hazırlanan dondurma çeşidi. Müxtəlif növ və müxtəlif sort albalıdan istifadə olunur. Xüsusilə ABŞ-də populyar dondurma çeşididir. 1917-ci ildən bəri ABŞ-də kütləvi şəkildə hazırlanır.

Albalı dondurması
Tərkibi
Əsas dondurma, Albalı[d]
Təfərrüatları
Tipi dondurma

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Albalı dondurması xüsusilə ABŞ-də populyar olan dondurma çeşididir. Tipik dondurma inqredientləri və albalıdan hazırlanır.[1][2][3] Albalı ya bütöv, ya da dilimlənərək istifadə olunur. Bəzən isə albalı şirəsindən, albalı ekstratından və ya albalı yağından istifadə olunur.[3][4][5][6] İstifadə olunan albalı sortları da müxtəlifdir: qara albalı, Binq albalısı, adi albalı sortları.[5][7][8] Maraskin albalısı da istifadə olunur.[5] Albalı celatosu da hazırlanır və softu-kuremu kimi servis olunur.[9][10] Bəzən albalı dondurmasına şokolad da əlavə edilir.[11]

Aleksandr Viar ilk 1806-cı ildə nəşr olunmuş "Le Cuisinier Impérial" ensiklopediyasında albalı dondurması üçün resept vermişdir.[12] Albalı dondurması ABŞ-də 1892-ci ildən hazırlanır.[13] Dondurmanın bir versiyası isə 1932-ci ildə hazırlanmışdır: bu dondurmaya acı badam ekstratı əlavə edilir.[5]

Hər il Corciya ştatının Meykon şəhərində keçirilən Beynəlxalq Albalı Çiçəyi Festivalında albalı dondurmasının servis edilməsi ənənə halını alıb.[14]

Kütləvi istehsal

[redaktə | mənbəni redaktə et]

1917-ci ildən bəri ABŞ-də kütləvi şəkildə hazırlanır.[2][15]

Populyar mədəniyyətdə

[redaktə | mənbəni redaktə et]

1987-ci ildə dondurma istehsalçısı Ben & Jerry's Grateful Dead rok qrupunun üzvü Cerri Qarsiyanın şərəfinə Cherry Garcia adlı dondurma çeşidi təqdim etmişdir.[16][17][18]

  1. Ice Cream Trade Journal. Cutler-Williams Company. 1918. səh. 33. İstifadə tarixi: 10 fevral 2018.
  2. 1 2 Ice Cream Review. Miller Publishing Company. 1917. səh. 40. 2021-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 fevral 2018.
  3. 1 2 Bryan, L. The Kentucky Housewife: Containing Nearly Thirteen Hundred Full Receipts. Applewood Books. 2001. səh. 342. ISBN 978-1-55709-514-5. 2022-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 fevral 2018.
  4. Engineers, N.B.C. The Complete Technology Book on Flavoured Ice Cream. NIIR Project Consultancy Services. 2006. səh. 79. ISBN 978-81-7833-013-6. İstifadə tarixi: 10 fevral 2018.
  5. 1 2 3 4 Arbuckle, W.S. Ice Cream. Springer US. 2013. 114–115. ISBN 978-1-4615-7222-0. İstifadə tarixi: 10 fevral 2018.
  6. Winter, R. A Consumer's Dictionary of Food Additives, 7th Edition: Descriptions in Plain English of More Than 12,000 Ingredients Both Harmful and Desirable Found in Foods. Consumer's Dictionary of Food Additives. Crown/Archetype. 2009. səh. 150. ISBN 978-0-307-45259-7. 2022-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 fevral 2018.
  7. Heigel, R.D. Graeter's Ice Cream: An Irresistible History. Arcadia Publishing Incorporated. 2010. səh. 89. ISBN 978-1-61423-071-7. İstifadə tarixi: 10 fevral 2018.
  8. Marshall, R.T.; Goff, H.D.; Hartel, R.W. Ice Cream. Springer US. 2012. səh. 112. ISBN 978-1-4615-0163-3. İstifadə tarixi: 10 fevral 2018.
  9. Chef. Talcott Communications. 1996. səh. 10. İstifadə tarixi: 10 fevral 2018.
  10. Wilson, Kasey. "Kasey Wilson: Kid-friendly recipes for picky eaters". Vancouver Sun. May 3, 2017. October 28, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 fevral 2018.
  11. Adarme, Adrianna. "Make Your Own Cherry Dark Chocolate Ice Cream". PBS. August 15, 2013. May 17, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 fevral 2018.
  12. Viard, A. Le Cuisinier royal ou l'art de faire la cuisine, la pâtisserie et tout ce qui concerne l'office pour toutes les fortunes: suivie d'une Notice sur les vins par M. Pierhugue (fransız). J.N. Barba. 1822. səh. 509.
  13. Weiss, L.B. Ice Cream: A Global History. Edible. Reaktion Books. 2012. səh. 64. ISBN 978-1-86189-992-7. İstifadə tarixi: 10 fevral 2018.
  14. Shirley, Laura. "Cherry Blossom Festival serves up ice cream and fun in Third Street Park in Macon". macon. March 24, 2016. August 5, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 fevral 2018.
  15. The Milk Dealer. 1921. səh. 14. İstifadə tarixi: 10 fevral 2018.
  16. Bedding, James. The Daily Telegraph, January 22, 2005
  17. Hays, Constance L. "Getting Serious at Ben & Jerry's: Cherry Garcia and Friends Trade Funky for Functional" Arxivləşdirilib 2022-08-13 at the Wayback Machine, The New York Times, may 22, 1998
  18. "USPTO Assignments on the Web". 2015-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-10.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]