Albaniya Ana (alb. Nëna Shqipëri) — Albaniyanın paytaxtı Tirana şəhərində Albaniya Milli Şəhidlər Qəbiristanlığında heykəl.
Ana Albaniya | |
---|---|
alb. Nëna Shqipëri | |
Ölkə | Albaniya |
Yerləşir | Tirana |
Heykəltaraş |
Kristas Rama Mümtaz Drami Şaban Haderi |
Tikilib | 1971 |
Hündürlüyü |
3 metr (9.8 ft) təməl 12 metr (39 ft) fiqur 20 metr (66 ft) ümumi |
Material | Beton |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Heykəl 3 metrlik bir təməl üzərində ucaldılmışdır. Təsvir edilən qadın fiqurunun hündürlüyü 12 metr, heykəlin ümumi hündürlüyü isə 20 metrdir.[1]
Heykəl Albaniyanı onun üçün canını verənlərə keşikçilik edən bir ana kimi təsvir edir. Heykəl əlində dəfnələrdən ibarət bir çələng və bir ulduz daşıyır.[2]
Heykəlin üzərində "Lavdi e perjetshme deshmoreve tee Atdheutt" (azərb. Vətən şəhidlərinə əbədi əzəmət) yazılmışdır.[3]
Heykəl betondan hazırlanıb.
Heykəl 1971-ci ildə ucaldılmışdır. Heykəlin yerləşdiyi qəbiristanlıqda təxminən 28.000-dən çox alban partizan döyüşçüsünün qəbri var ki, onların hamısı İkinci Dünya müharibəsi zamanı həlak olublar.[4]
Qəbiristanlıq əvvəllər Albaniyanın siyasi xadimi Ənvər Xocanın qəbri də yerləşirdi, ancaq daha sonra onun qəbri başqa bir ictimai qəbiristanlığa daşınmışdır.[5].
Onun heykəltəraşları – Kristas Rama, Mümtaz Drami və Şaban Haderi.[6]