Albaniya Ana (heykəl)

Albaniya Ana (alb. Nëna Shqipëri) — Albaniyanın paytaxtı Tirana şəhərində Albaniya Milli Şəhidlər Qəbiristanlığında heykəl.

Ana Albaniya
alb. Nëna Shqipëri
Xəritə
Ölkə  Albaniya
Yerləşir Tirana
Heykəltaraş Kristas Rama
Mümtaz Drami
Şaban Haderi
Tikilib 1971
Hündürlüyü 3 metr (9.8 ft) təməl
12 metr (39 ft) fiqur
20 metr (66 ft) ümumi
Material Beton
Albaniya Ana (Albaniya)
Albaniya Ana
Albaniya Ana, Albaniya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Heykəl 3 metrlik bir təməl üzərində ucaldılmışdır. Təsvir edilən qadın fiqurunun hündürlüyü 12 metr, heykəlin ümumi hündürlüyü isə 20 metrdir.[1]

Heykəl Albaniyanı onun üçün canını verənlərə keşikçilik edən bir ana kimi təsvir edir. Heykəl əlində dəfnələrdən ibarət bir çələng və bir ulduz daşıyır.[2]

Heykəlin üzərində "Lavdi e perjetshme deshmoreve tee Atdheutt" (azərb. Vətən şəhidlərinə əbədi əzəmət‎) yazılmışdır.[3]

Heykəl betondan hazırlanıb.

Heykəl 1971-ci ildə ucaldılmışdır. Heykəlin yerləşdiyi qəbiristanlıqda təxminən 28.000-dən çox alban partizan döyüşçüsünün qəbri var ki, onların hamısı İkinci Dünya müharibəsi zamanı həlak olublar.[4]

Qəbiristanlıq əvvəllər Albaniyanın siyasi xadimi Ənvər Xocanın qəbri də yerləşirdi, ancaq daha sonra onun qəbri başqa bir ictimai qəbiristanlığa daşınmışdır.[5].

Onun heykəltəraşları – Kristas Rama, Mümtaz DramiŞaban Haderi.[6]

  1. "Знаменитые достопримечательности Албании: обзор и фото". dostoprimechatelnosti-m.ru (rus). Все достопримечательности. 15 aprel 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 mart 2019.
  2. ""Mother Albania" Monument". www.intoalbania.com (ingilis). Into Albania. 2020-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 mart 2019.
  3. "SÍMBOLOS NACIONALES POR PAÍSES". ayudahispano-3000.blogspot.com (ispan). AMIGOS PARA SIEMPRE. 19 yanvar 2019. 21 mart 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 mart 2019.
  4. "The "National Mothers" of Socialism: From Mother Albania to the Mother of Georgia". balkanist.net (ingilis). Balkanist. 1 yanvar 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 mart 2019.
  5. "National Martyrs' Cemetery – Tirana". michaelharrison.org.uk (ingilis). Micheal Harrison. 2 iyun 2013. 30 aprel 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 mart 2019.
  6. "Mother Albania (statue)". vv-travel.ru (rus). VV-Travel. 15 dekabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 mart 2019.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]