Albaniya insan alveri, o cümlədən məcburi fahişəlik və məcburi əmək hallarının baş qaldırdığı ölkədir. Həmin qurbanlar Yunanıstan, İtaliya, Şimali Makedoniya, Kosovo və Qərbi Avropada istismara məruz qalırlar. İnsan alveri qurbanlarının yarısı fahişəliyə cəlb edilən qadınlar və uşaqlardır. Yunanıstanda və digər qonşu ölkələrdə alban kişilərinin kənd təsərrüfatı sektorunda məcburi əmək şəraitinə məruz qaldıqlarına dair sübutlar var.[1][2][3]
Albaniya hökuməti insan alveri ilə mübarizə üçün mühüm addımlar atır. Hökumət insan alveri qurbanlarının müdafiəsini və reinteqrasiyasını nəzarətə götürüb. 2009-cu ilin mart ayında hökumət yeni qanun layihəsini təsdiqlədi hansı ki, insan alveri qurbanlarına da Albaniyada digər risk qruplarında olan şəxlər qədər müavinət və sığınacaq verilməsini nəzərdə tutur. Hökumət rəsmiləri Albaniyada insan alveri ilə bağlıgeniş təbliğat aparır. Siyasi marağın olmaması və sistemdə korrupsiyanın olması cinayərkarların cəzasız qalmasına səbəb olur[1][4]. 2013-cü ildən Albaniyada insan alverinə görə daha sərt cəzalar tətbiq edilməyə başlayıb, lakin çox az cinayətkar həbs olunub üç nəfər. ABŞ Dövlət Departamentinin məluamtın görə isə 2014-cü ildə yalnız 9 nəfər hakim qarşısına çıxarılıb.[5]
ABŞ Dövlət Departamentinin İnsan Alverinə Nəzarət və Mübarizə İdarəsi 2017-ci ildə Albaniyanı "2-ci dərəcə" (ing. Tier 2) təhlükəki qiymətləndirib.[6][7] Britaniya Milli Cinayət Agentliyinin statistikası göstərib ki, 2017-ci ildə insan alveri qurbanlarının əksəriyyəti məcburi əmək və ya seks işçisi kimi istismara məruz qalan albanlardır.[8]
Albaniyada da insan alveri cinayət hesab edlirir. 5 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[9][10][11]
2019-cu ildə hökumət İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator Ofisinin (ONAC) büdcəsini iki dəfə artırıb. Buna baxmayaraq 2020-ci ildə ABŞ Dövlət Departamentinin İnsan Alveri üzrə Dövlət Departamentinin yeni hesabatında Albaniya yenə də 2-ci dərəcə olaraq qalıb.[11]
Albaniya hökuməti insan alverinə qarşı mübarizə tədbirlərini həyata keçirmək üçün BMT və İnterpol kimi beynəlxalq təşkilatlar və ekspertlərlə əməkdaşlıq edir. Hökumət qurbanlar və potensial qurbanlar üçün ölkə üzrə pulsuz qaynar xətt istifadəyə verib. 2009-cu ildə qaraçı icmasında doğulan uşaqların daha çox insan alveri qurbanı olduğu nəzərə alınaraq qeydiyyat prosesinin təkmilləşdirilməsi aparılıb.[1]