Albedometr (lat. albus — «ağ» + q.yun. μετρέω — «ölçürəm») – hər hansı bir cismin səthinin əksetdirmə xassələrinin miqdari xarakteristikasının (albedo) ölçən aktinometrik cihaz. Stasionar albedometr xüsusi dayaq üzərində qurulmuş termoelektrik piranometrindən ibarətdir; yuxarı və aşağı yarımkürələrdən gələn radiasiya (işıq) selini ölçür. Səyyar albedometrkardan asqısına bərkidilir və əsasən, ekspedisiya şəraitində müxtəlif səthlərin albedosunu müqayisə etmək üçün istifadə edilir.