Alberiko Centili (14.1.1552, San-Cenezio – 19.6.1608, İngiltərə, Oksford) — italyan hüquqşünası, sonsxolastika dövrü nümayəndəsi və beynəlxalq hüquq üzrə mütəxəssis.[1]
Alberiko Centili | |
---|---|
ing. Alberico Gentili | |
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1.14.1552 |
Doğum yeri | San-Cenezio |
Vəfat tarixi | |
Vəfat yeri | İngiltərə, Oksford |
Təhsili |
|
Fəaliyyəti | hüquqşünas, universitet müəllimi[d], vəkil |
Atası | Dr Matteo Centili |
Həyat yoldaşı | Lakrezia Pertelli |
Uşağı | Roberto Centili |
Dini | protestantlıq |
Vikianbarda əlaqəli mediafayllar |
Təhsilini Peruca şəhərindəki universitetdə almışdır. Dini təqiblərə məruz qalaraq, İtaliyadan İngiltərəyə qaçmışdır, Oksfordda mülki hüquqdan dərs demişdir. Beynəlxalq hüquqda xalqlar hüququnu təbliğ etmiş, qall adətlərinə (mos gallicus) qarşı italyan adətlərini (mos italicos) müdafiə etmişdir. Bu mənada onu “xalqlar hüququnun atası” adlandırırlar. Qanunların şərhi məsələləri ilə də məşğul olmuşdur.[1]
Aşağıda adı sadalanan bütün əsərlər müasir dövrümüzdə çap olunub və ya yenidən dərc edilmişdir.