Albert Aqarunovun heykəli

Albert Aqarunovun heykəli — Azərbaycanın yəhudi əsilli Milli Qəhrəmanı, Qarabağ müharibəsi iştirakçısı, Albert Aqarunova 2019-cu ildə Bakı şəhərində qoyulmuş heykəl.[1] Heykəl Albert Aqarunovun 50 illik yubileyinin şərəfinə qoyulub.[2]

Albert Aqarunovun heykəli
Heykəlin fotoşəkli (2019)
Heykəlin fotoşəkli (2019)
Map
Ölkə  Azərbaycan
Yerləşir Bakı
Heykəltaraşlar Ömər Eldarov
Zamik Rzayev
Rahib Qarayev
Tikilib 2019
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Haqqında[redaktə | mənbəni redaktə et]

Heykəlin layihəsi Ömər Eldarovun rəhbərliyi ilə Azərbaycan Rəssamlıq Akademiyasının Heykəltəraşlıq kafedrasının müəllimləri Zamik Rzayev və Rahib Qarayev tərəfindən hazırlanıb. Layihənin eskizi Zamik Rzayev və Rahib Qarayev tərəfindən hazırlanıb, Ö.Eldarova təqdim edilib. Mədəniyyət Nazirliyi təsdiq etdikdən sonra 2019-cu ilin aprelindən işlərə başlanılıb. Heykəlin əsas hissəsi tuncdan tökülüb, postamenti isə beton və bürüncdən hazırlanıb. Zamik Rzayev və Rahib Qarayev bu işi təmənnasız görüblər. Heykəl Nərimanov rayonunda Milli Qəhrəmanın adını daşıyan küçədə qoyulub.[3]

Şəkilləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Samir İsayev. "Albert Aqarunovun heykəlinin müəllifləri qonorardan imtina ediblər". oxu.az. 5 sentyabr 2019. 7 sentyabr 2019 tarixində arxivləşdirilib.
  2. "Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəli qoyuldu". baku.ws. 3 sentyabr 2019. 7 sentyabr 2019 tarixində arxivləşdirilib.
  3. Şahin Sərdarov. "Milli Qəhrəman Albert Aqarunovun heykəli". azvision.az. 3 sentyabr 2019. 2019-09-07 tarixində orijinalından arxivləşdirilib.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]