Rahib Qarayev

Rahib Qarayev (Rahib Arif oğlu Qarayev; d. 1986) — Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Heykəltaraşlıq kafedrasının müəllimi, Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış heykəltaraş.[1].

Rahib Qarayev
Qarayev Rahib Arif oğlu
Doğum tarixi (37 yaş)
Doğum yeri Azərbaycan Azərbaycan SSR , Masallı rayonu, Qasımlı kəndi
Milliyyəti Azərbaycan türkü
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası Qarayev Arif İnşalla oğlu
Fəaliyyəti 2014-cü ildən

Həyatı[redaktə | mənbəni redaktə et]

Qarayev Rahib Arif oğlu 8 aprel, 1986-cı il Masallı rayonunun Qasımlı kəndində anadan olmuşdur. 1993-cü ildə Hakim Həsənov adına Qasımlı kənd tam orta məktəbinin 1-ci sinifinə başlamışdır. 2004-cü ildə Masallı rayonunun Yeddioymaq kənd T.M.Bayraməlibəyov adına orta məktəbini bitirmişdir. 2000-2008-ci illərdə Masallı rayonun Qasımlı kəndində İlqar Balayevin emalatxanasında heykəltaraşlıq dərsləri almışdır. Onun bu sahəyə olan marağı hələ uşaqlıq illərindən yaranıb. 2008-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının bakalavr pilləsinə daxil olmuş, 2012-ci ildə bakalavr pilləsini bitirib elə həmin ildə magistratura pilləsinə daxil olmuşdur. 2014-cü ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Heykəltaraşlıq kafedrasında müəllim kimi fəaliyyət göstərir. 2015-ci ildə Azərbaycan Rəssamlar İttifaqının üzvü olmuşdur. 2009-cu ildə "Bir millət, iki dövlət" , "Amerika mənim gözümlə ", 2011-ci ildə Türkiyədə Memar Sinan universtetində keçirilən simpoziumda fəal iştirak etmiş, 2014-cü ildə "Lermontov", "Əsrin müqaviləsi ", həmin ildə keçirilən velosipedçilərə həsr olunmuş sərgidə 2-ci yer mükafatçısı, 2015-ci ildə "Xocalı", "Tolerant Azərbaycan Gənci" adlı sərgidə iştirak etmişdir. 2016-cı ildə Aprel döyüşlərində Şəhid olmuş Samir Kaçayevin memorial abidəsinin müəllifidir.[2],[3][4] 2017-ci ildə Təzəkənd kənd məktəbi üçün Rövşən Nəbiyevin büstünü hazırlamışdır. 2019-cu ildə Hakim Həsənov adına Qasımlı kənd tam orta məktəbində qoyulan Hakim Həsənovun heykəlinin müəllifidir. Eyni ilin sentyabr ayında Azərbaycanın yəhudi əsilli Milli Qəhrəmanı, Qarabağ müharibəsi iştirakçısı, Albert Aqarunova Bakı şəhərində qoyulmuş heykəlin müəlliflərindəndir[5].

Qalereya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Gənc heykəltaraş Rahib Qarayevin yaradıcılığı" (az.). [1]. 2015-04-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-06-02.
  2. "Heykəltəraş digər şəhidlərə abidə hazırlayacaqmı?". 2019-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-25.
  3. "Heykəltəraş Rahib Qarayev". 2019-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-25.
  4. "Gənc heykəltaraş Rahib Qarayevin yaradıcılığı". 2019-03-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-03-25.
  5. "Komandirin istəyi ilə Aqarunovun heykəlini hazırlayan müəllimlər". 2019-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-20.