Albert Ovannisyan

Albert Ovannisyan (erm. Ալբերտ Հովհաննիսյան; 15 sentyabr 2001, İrəvan8 oktyabr 2020, Qarabağ) — Ermənistan hərbçisi, Ermənistan Silahlı Qüvvələrində xidmət etmiş kiçik çavuş. O, İkinci Qarabağ müharibəsində iştirak etmiş və döyüş əməliyyatları zamanı həlak olmuşdur.[1]

Albert Ovannisyan
Şəxsi məlumatlar
Doğum tarixi 15 sentyabr 2001(2001-09-15)
Doğum yeri
Vəfat tarixi 8 oktyabr 2020(2020-10-08) (19 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Təhsili
  • Lev Tolstoy adına 128 nömrəli məktəb[d]
Hərbi fəaliyyəti
Mənsubiyyəti Ermənistan, Dağlıq Qarabağ Respublikası
Rütbəsi əsgər
Döyüşlər
Təltifləri Artsax Qəhrəmanı
"İgidliyə görə" medalı

Onun cəbhə xəttində döyüşərkən artilleriyadan atəş açdığı yerdə çəkilən fotoşəkli Ermənistan Müdafiə Nazirliyi tərəfindən paylaşılmış, bu fotoşəkil qısa zamanda dünyanın yüzlərlə media orqanının İkinci Qarabağ müharibəsini işıqlandırarkən istifadə etdiyi simvolik obraza çevrilmişdir.[2] 2021-ci ildə o, ölümündən sonra Qondarma Dağlıq Qarabağ Respublikasının ən yüksək fəxri adı olan "Artsax Qəhrəmanı" hərbi mükafatına layiq görülmüşdür.[3]

  1. “Erməni əsgərinin rəşadət simvolu”na çevrilmiş topçu Albert MƏHV EDİLİB
  2. "Soldier in Iconic Photo Killed on Artsakh Frontline". 2021-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-16.
  3. "Junior Sergeant firing artillery in iconic war photo bestowed posthumous Hero of Artsakh title". armenpress.am. 20 oktyabr 2021. 22 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 may 2022.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Hovsepyan, Zoz. Ալբերտը՝ հրետանու աստված [Albert – artilleriya tanrısı] (erməni). 15 September 2021.