Albert gölü

Albert gölü (ing. Lake Albert) — Şərqi Afrika ərazisində, Uqanda ilə Konqo Demokratik Respublikası arasında sərhəddə yerləşən göl. Uqanda ərazisində gölü Nyanza (ing. Nyanza), Konqoda isə 1973–1997 illər arası diktator Mobutu Sese Seko şərəfinə adlandırırdılar.

Albert gölü
ing. Lake Albert
Ümumi məlumatlar
Mütləq hündürlüyü 615 m
Eni 30 km
Uzunluğu 160 km
Sahil uzunluğu 1044 km
Sahəsi 5300 km²
Həcmi 132 km³
Dərin yeri 58 m
Orta dərinliyi 25 m
Axan çay Albert-Nil çayı
Yerləşməsi
1°41′ şm. e. 30°55′ ş. u.HGYO
Ölkələr
Albert gölü xəritədə
Albert gölü
Albert gölü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Göl 615 metr yüksəklikdə yerləşir. Sahəsi 5,3 min km²-dir. Maksimal dərinliyi 56 netrdir. Mərkəsi Afrika qırılma xətti üzərində yerləşir. Sahillərinin böyük qismi sıldırımlıdır. Gölə Semliki və Viktoriya-Nil çayı tökülür. Göldən isə Albert-Nil çayı başlayır. Gölə hər il 4,6 km³ yağıntı, 24,9 km³ axın gəlir. İl ərzində isə 7,5 km³ buxarlanmaqla, 22 km³ su gölü tərk edir. Su səthinin ilik temperaturu 30 °C təşkil edir. Göldə çoxlu sayda balıq növü vardır (40 növ). Əsas limanları — Butiaba Uqanda və Kaseni Konqo Demokratik Respublikası.

Göl 1864-cü ildə Böyük Britaniyalı səyahətci Semuyel Bayker tərəfindən kəşf edilmiş və Kraliça Viktoriyanın həyat yoldaşı şərəfinə adlandırılmışdır.

Albert gölü Albert rifti üzərində yerləşir. Ağ Nilin qollarından olan Albert-Nil çayı digər su tutarları ilə əlaqələnir.

Gölün cənub hissəsi Semliki çayının tökülməsi ilə əlaqədar bataqlıqlaşmışdır. Cənub sahilləri Ruvenzori, şimal-qərb sahili isə Mavi dağları yerləşir. Sahillərində çoxlu sayda qəsəbələr vardır.

  • Philip’s World Atlas & Encyclopedia. London: George Philip Ltd, 1999. P. 14.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]