Alberto Noqeyra (24 sentyabr 1989[1], Madrid) — Hindistan Super Liqası təmsilçisi "Mumbay Siti" klubunda hücumameyilli yarımüdafiəçi mövqeyində çıxış edən İspaniya futbolçusu.
Alberto Noqeyra | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Madrid, İspaniya |
Vətəndaşlığı | |
Boyu | 175 sm |
Mövqeyi | yarımmüdafiəçi |
Madrid şəhərində doğulmuş Noqeyranın ilk iki klubu İspaniyanın o vaxtkı "Tersera" adlı dördüncü divizyonda çıxış edirdi, 2009-cu ilin iyul ayında Noqeyra "Atletiko Madrid" ilə müqavilə imzaladı və müqaviləsinə əsasən o, 3-cü rezerv heyətdə çıxış etməli idi.
İlk mövsümdə əla oyun sərgiləyən Noqeyra İspaniya ikinci B futbol divizyonunda çıxış edən "Atletiko B Madrid" klubunun heyətinə yüksəldi. 2011-ci ilin əvvəlində baş məşqçi Kike Sançez Flores onu əsas heyətə saldı və oyunçu 24 aprel tarixində La Liqa debütunu etdi. Yerli stadionda keçirilən və 4–1 qələbə hesabı ilə bitən "Levante" klubuna qarşı keçirilən oyunda o, son dəqiqələrdə Eliası əvəzlədi.[2]
14 avqust 2012-ci ildə Noguera İFL Çempionşip təmsilçisi "Blekpul" ilə üç ilə qədər artırılma şərti ilə iki illik müqavilə imzaladı.[3] Onun ilk oyunu həmin ayın 25-inə "Blumfild Roud" stadionunda keçirilən və 6:0 qələbə hesabı ilə bitən "İpsviç Taun" klubuna qarşı oyuna təsadüf etdi.[4] Noqeyranın "sisayderlər" ilə müqaviləsi 29 iyul 2013-cü ildə qarşılıqlı razılıq əsasında ləğv edildi.[5]
2013-cü il avqustun sonunda Noqeyra Azərbaycan Premyer Liqasının "Bakı FK" klubu ilə bir illik müqaviləyə razılıq verdi..[6] O, ilk qolunu növbəti il fevralın 15-də 2:0 yekun hesabı müəyyənləşdirən “Neftçi”yə qarşı oyunda vurdu.[7]
Müqaviləsi başa çatdıqdan sonra Noguera vətəninə qayıtdı və sayca üçüncü səviyyə liqasında çıxış edən "Trival Valderas" klubuna qoşuldu.[8] 18 iyul 2015-ci ildə həmin liqanın digər təmsilçisi "Fuenlabrada" klubu ilə müqavilə imzaladı.[9]
Təxminən bir il sonra Noqeyra həmin liqanın başqa üzvü "Lorka" klubuna keçdi.[10] O, 2017-ci ildə üç qol vuraraq klubuna 2-ci səviyyəli liqaya yüksəlməyə köməklik etdi.[7] Mövsümün sonunda klubu 21-ci yeri tutaraq aşağı liqaya geri düşdü.[11]
Noqeyra "Numansiya" ilə 26 iyun 2018-ci ildə iki illik müqavilə imzaladı.[12] Dekabrın 26-da oynamağa az fürsət tapan o, növbəti 30 iyun tarixinə qədər üçüncü dərəcəli liqada çıxış edən "Rasing Santander" klubuna icarəyə verildi.[13]