Alburnus filippii

Kür şəmayısı (lat. Alburnus chalcoides) — Çəkikimilər dəstəsinin nümayəndəsidir.

Kür şəmayısı
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Kür şəmayısı
Beynəlxalq elmi adı

Xəzər dənizinin əsasən cənub-qərb hissəsində, Kür çayının aşağı və orta axarlarında, Qanıxçay, Araz çaylarında rast gəlinir. Bundan əlavə Varvara, Yenikənd, Şəmkir və Mingəçevir su anbarlarında şəmayının şirinsu populyasiyaları mövcuddur.

Morfoloji əlamətləri

[redaktə | mənbəni redaktə et]

Bədəni uzunsovdur, yanlardan azacıq basıqdır. Bel üzgəcində əksərən 8-10, anal üzgəcində 14-17 şüa var. Yan xətt orqanı pulcuqlarının sayı 56-70-dür, udlaq dişləri 2.5-5.2-dir. Başı kiçikdir, ağzı yuxarı açılır. Uzunluğu adətən 18-34 sm, kütləsi 127-610 q olur. Pulcuqları gümüşü rəngdədir. Bel tərəfi tünd yaşıl, qarın tərəfi və üzgəcləri isə açıq rəngdə olur. Üzgəcləri rəngsiz, kənarları bozdur.[2]

Yaşayış yeri və həyat tərzi

[redaktə | mənbəni redaktə et]

Keçici balıqdır. Dəniz sahillərində yaşayır, kürü tökmək üçün çaylara, əsasən Kür çayına girir. Çaya miqrasiyası noyabr ayında başlayır, mart ayında qurtarır. Plankton orqanizmlər, başlıca olaraq ibtidai xərçəngkimilərlə, az miqdarda isə - quru və hava cücüləri ilə, çox nadir hallarda detritlə qidalanır. Mingəçevir su anbarı yarandıqdan sonra tipik keçici balıq olan Kür şəmayısının da su anbarında oturaq və kürüləmək üçün Kür çayı ilə yuxarı, əvvəlki kürüləmə yerinə gedən keçici populyasiyaları əmələ gəlib.

3-4 yaşında cinsi yetkinliyə çatır. Kür şəmayısı çaya yenicə girdikdə onun cinsi məhsulları hələ yetişməmiş olur və çayda bir neçə ay qaldıqdan sonra yetişməyə başlayır. Kürüsünü iyun-iyul aylarında hissə-hissə tökür. Kürülərin miqdarı 10 mindən 60 minə qədərdir. Kürü mayalandıqdan sonra substrata yapışır. Kürüdən sürfələrin çıxması 3-4 gün davam edir. Körpələr qısa müddətdən sonra dənizə qayıdır.

Təsərrüfat əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Qiymətli vətəgə balıqlarından hesab olunur. Əvvəllər Kür çayında ildə 2-3 min sentnerə qədər şəmayı tutulurdu, lakin çayın üzərində bəndlər tikildikdən sonra çoxalma yerlərinə gedən yollar kəsildiyindən onun ehtiyatı xeyli azalmışdır. Hazırda Mingəçevir su anbarından ildə 150-200 s. şəmayı balığı ovlanır.

  1. Integrated Taxonomic Information System (ing.). 2004.
  2. H.S.Abbasov,R.V.Hacıyev.Bakı 2007,səh231
  1. Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 80.
  2. Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966,s.143.