"Aldadılmış ər və ya üç qadının bir məşuq üçün rəqabəti", KV 430/420а, (İtalyan dilində: "Lo sposo deluso, ossia La rivalità di tre donne per un solo amante") Volfqanq Amadey Motsart tərəfindən 1783 və 1784-cü illərdə naməlum İtaliya şairinin librettosu əsasında bəstələdiyi iki aktdan ibarət komik opera.[1] Opera müəllif tərəfindən tamamlanmamışdır və yalnız I akta aid qısa (iyirmi dəqiqəlik) bir fraqment mövcuddur.
Aldadılmış ər | |
---|---|
Lo sposo deluso, ossia La rivalità di tre donne per un solo amante | |
Bəstəkar | Volfqanq Amadey Motsart |
Librettoçu | naməlum |
Dili | italyanca |
Janr | Komik opera |
Yaradılma tarixi | 1783-1784 |
Aid olduğu silsilə | Volfqanq Amadey Motsartın operalarının siyahısı |
Müddəti | 20 dəq. |
1783-cü ilin yayında naməlum bir italyan şairi (ehtimal olunur ki, bu şəxs abbat Lorenso da Ponte idi)[2]) 1780-ci ildə Romada Domenika Çimarozanın "İki rəqib" operasında səhnələşdirilən librettonu yenidən işlənilməsi və daha da təkmilləşdirilməsi üçün Volfqanq Amadey Motsarta təqdim edir. Motsart bu libretto əsasında Vyanadakı italyan truppası üçün yeni opera yazmağa razılaşdı. Opera üzərində işin yarımçıq qalmasının dəqiq səbəbləri məlum deyil, lakin ehtimal olunur ki, bu işə librettonun Vyana səhnəsinə uyğunlaşdırılmasındakı çətinliklər və həmçinin müəllifin "Fiqaronun toyu" operası üzərində işə başlaması mahe olmuşdur.
Operada hadisələr Livarnodan çox da uzaq olmayan dəniz sahilindəki villada baş verir.
Nəcib Romalı xanım Eudjeniya Don Asdubala vurulmuşdur. Lakin sevgilisinin müharibədə həlak olduğuna əmin olan gənc qız varlı Bokkonio Papparellinin arvadı olmağa razılıq verir. Gözlənilmədən Don Asdubal Livarnoya qayıdır. Eudjeniyanın rəqibləri olan Metilda və Bettina onu sevgilisinin gözündən salmağa çalışırlar. Lakin opera xoşbəxt sonluqla başa çatır: Papparelli nişanlısından imtina edir, Eudjeniya Don Asdubalın arvadı olur, Bettina Pulkerioya, Metilda isə Cervazioya ərə gedirlər.
Bokkonio Papparelli, axmaq varlı, Eudjeniyanın nişanlısı |
bas |
Eudjeniya, Romadan olan gənc zadəgan xanım, Papprellinin nişanlısı, Lakin Don Asdrubalın sevgilisidir. |
soprano |
Don Asdrubal, Toskaniyalı zabit | tenor |
Bettina, Papparellinin gənc qohumu, həmçinin Don Asdrubala vurulmuşdur. |
soprano |
Pulkerio, Papparellinin dostu, qadına nifrət edən | tenor |
Cervazio, Eudjeniyanın himayədarı, Metildaya vurulmuşdur. | bas |
Metilda, müğənni və rəqqasə, Bettinanın rəfiqəsi, həmçinin Don Asdrubala vurulmuşdur. |
soprano |