Dieqo Demme (21 noyabr 1991[1][2], Herford[d], Şimali Reyn-Vestfaliya[1]) — Almaniyalı peşəkar futbolçu. "Napoli" klubunun və Almaniya milli futbol komandasının müdafiəçisi.
Dieqo Demme | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 21 noyabr 1991[1][2] (32 yaş) |
Doğum yeri |
|
Vətəndaşlığı | |
Boyu | 170 sm |
Çəkisi | 66 kq |
Mövqeyi | yarımmüdafiəçi |
Vikianbarda əlaqəli mediafayllar |
Almaniyanın Herford şəhərində anadan olan Demme italyan əsillidir. Onun atası italyan və anası isə almandır.[3] Demmenin atası Dieqo Maradonanın böyük pərəstişkarı olduğu üçun oğluna onun adını qoyub.[4][5][6] Amma Dieqo Demmanın uşaqlıqdan ən çox sevdiyi futbolçu Cennaro Qattuzodur.[7] İtalyan atasına görə onun İtaliya pasportu var.[8]
Demme karyerasına Hiddenhauzendəki uşaq futbol məktəbində başlayıb. Gələcəkdə o, 2004-cü ildə "Arminia Bielefeld" klubunun futbol akademiyasına keçənə qədər daha bir neçə futbol bölməsini dəyişdi.
4 dekabr 2010-cu ildə Dieqo peşəkar səviyyədə ilk matçını ikinci Bundesliqada "Greuther" klubuna qarşı keçirdir.[9] Ancaq sonrakı oyunlarda Demmeyə az oyun vaxtı ayrılır və növbəti mövsümdə komandada rotasiya oyunçusu kimi qalır.[10] 2012-ci ilin qış transfer pəncərəsində o, "Paderborn 07" klubuna transfer edilir.[11]
7 yanvar 2014-cü ildə Demmenin Almaniya üçuncu Liqa təmsilçisi "RB Leyspiq" ilə 2018-ci ilə qədər müqavilə imzaladığı açıqlanır.[12] Demmenin bu transferi 350 min avroya başa gəlir.[13] Demme "Leyspiq"in heyətində oynadığı müddətdə 214 oyunda meydana çıxır və 2 qol vurur.
11 yanvar 2020-ci ildə "RB Leyspiq", Demmenin İtaliya A Seriyası klubu "Napoli" ilə razılaşdığını açıqladı.[14]
Klub | Mövsüm | Liqa | Kubok | Avropa | Digər | Toplam | ||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Dvizion | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | ||
Arminia Bielefeld II | 2010–11 | Almaniya Qərb Regional Liqası | 17 | 0 | — | — | — | 17 | 0 | |||
Arminia Bielefeld | 2010–11 | 2-ci Bundesliqa | 10 | 0 | 0 | 0 | — | — | 10 | 0 | ||
2011–12 | Almaniya 3-cü liqası | 10 | 0 | 1 | 0 | — | — | 11 | 0 | |||
Toplam | 20 | 0 | 1 | 0 | — | — | 21 | 0 | ||||
SC Paderborn | 2011–12 | 2-ci Bundesliqa | 12 | 0 | 1 | 0 | — | — | 13 | 0 | ||
2012–13 | 2-ci Bundesliqa | 29 | 0 | 2 | 0 | — | — | 31 | 0 | |||
2013–14 | 2-ci Bundesliqa | 17 | 0 | 0 | 0 | — | — | 17 | 0 | |||
Toplam | 58 | 0 | 3 | 0 | — | — | 61 | 0 | ||||
Leyspiq | 2013–14 | Almaniya 3-cü liqası | 16 | 0 | 0 | 0 | — | — | 16 | 0 | ||
2014–15 | 2-ci Bundesliqa | 30 | 0 | 3 | 0 | — | — | 33 | 0 | |||
2015–16 | 2-ci Bundesliqa | 28 | 0 | 0 | 0 | — | — | 28 | 0 | |||
2016–17 | Bundesliqa | 32 | 1 | 1 | 0 | — | — | 33 | 1 | |||
2017–18 | Bundesliqa | 30 | 0 | 1 | 0 | 10 | 0 | — | 41 | 0 | ||
2018–19 | Bundesliqa | 26 | 0 | 5 | 0 | 8 | 0 | — | 39 | 0 | ||
2019–20 | Bundesliqa | 17 | 0 | 2 | 0 | 5 | 1 | — | 24 | 1 | ||
Toplam | 179 | 1 | 12 | 0 | 23 | 1 | — | 214 | 2 | |||
Napoli | 2019–20 | A Seriyası | 15 | 1 | 5 | 0 | 2 | 0 | — | 22 | 1 | |
2020–21 | A Seriyası | 24 | 2 | 4 | 0 | 6 | 1 | 1 | 0 | 35 | 3 | |
2021–22 | A Seriyası | 19 | 1 | 1 | 0 | 5 | 0 | — | 25 | 1 | ||
2022–23 | A Seriyası | 3 | 0 | 0 | 0 | 0 | 0 | — | 3 | 0 | ||
Toplam | 61 | 4 | 10 | 0 | 13 | 1 | 1 | 0 | 85 | 5 | ||
Karyerasında toplam | 335 | 5 | 26 | 0 | 36 | 2 | 1 | 0 | 398 | 7 |