Aleks Uebb (ing. Alex Webb; d. 5 may 1952) - Maqnum Foto agentliyinin amerikalı fotoqrafı. Daha çox rəngli fotoları ilə tanınır. 11 kitab müəllifidir. GEO, Time və Nyu-York Tayms kimi jurnallarla əməkdaşlıq etmişdir.
Aleks Uebb | |
---|---|
Alex Webb | |
| |
Doğum tarixi | |
Doğum yeri | San Fransisko, Kaliforniya, ABŞ |
Vətəndaşlığı | |
Janr | Küçə fotoqrafiyası |
Təhsili | |
Sayt | webbnorriswebb.co |
Vikianbarda əlaqəli mediafayllar |
Aleks Uebb 1952-ci ildə San Fransiskoda doğulub. Fotoqrafiya ilə ilk dəfə universitet tələbəsi ikən maraqlanmağa başlayıb. 1972-ci ildə Maqnum fotoqrafları Brüs Devidson və Çarlz Harbuttla tanış olduğu Nyu-Yorkda yerləşən Apeiron emalatxanasına gedib. O, Harvard Universitetində tarix və ədəbiyyat oxumağa davam edir (1974-cü ildə bitirib), lakin, eyni zamanda, Vizual İncəsənət Mərkəzində fotoqrafiya təhsili alır. 1974-cü ildə fotojurnalist işləməyə başlayır. 1976-cı ildə Maqnum Fotonun müxbir üzvü olur. Bu müddət ərzində o, Amerikanın cənubundakı kənd həyatı sənədli fotoya köçürür. Həmçinin, 1978-ci ildə Karib və Meksikada sonrakı fəaliyyətinə təsir göstərən rəngli fotolarla işləyir.
Uebbin fotoları dünyanın bir sıra sərgi salonlarında nümayiş olunub: Walker İncəsənət Mərkəzi, Fotoqrafiya İncəsənət Muzeyi, Beynəlxalq Fotoqrafiya Mərkəzi, Ali İncəsənət Muzeyi, San Diyeqo Müasir İncəsənət Muzeyi, Whitney Amerika İncəsənət Muzeyi.
Uebbin Tropiklər, Haiti, Florida, Amazon bölgəsi, ABŞ-Meksika sərhədi və İstanbul layihələri əsasında altı monoqrafiyası və "İşığın əziyyəti" adlı bir xatirəsi çap olunub.
Hazırda Uebb həyat yoldaşı fotoqraf Rebekka Norris Uebblə birlikdə Bruklin, Nyu-Yorkda yaşayır.