Aleks Vebb

Aleks Uebb (ing. Alex Webb; d. 5 may 1952) - Maqnum Foto agentliyinin amerikalı fotoqrafı. Daha çox rəngli fotoları ilə tanınır. 11 kitab müəllifidir. GEO, TimeNyu-York Tayms kimi jurnallarla əməkdaşlıq etmişdir.

Aleks Uebb
Alex Webb
(soldan sağa) Rebekka Norris Uebb, Aleks Uebb, Devid Alan Harvey
(soldan sağa) Rebekka Norris Uebb, Aleks Uebb, Devid Alan Harvey
Doğum tarixi (72 yaş)
Doğum yeri San Fransisko, Kaliforniya, ABŞ
Vətəndaşlığı
Janr Küçə fotoqrafiyası
Təhsili
Sayt webbnorriswebb.co
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aleks Uebb 1952-ci ildə San Fransiskoda doğulub. Fotoqrafiya ilə ilk dəfə universitet tələbəsi ikən maraqlanmağa başlayıb. 1972-ci ildə Maqnum fotoqrafları Brüs DevidsonÇarlz Harbuttla tanış olduğu Nyu-Yorkda yerləşən Apeiron emalatxanasına gedib. O, Harvard Universitetində tarix və ədəbiyyat oxumağa davam edir (1974-cü ildə bitirib), lakin, eyni zamanda, Vizual İncəsənət Mərkəzində fotoqrafiya təhsili alır. 1974-cü ildə fotojurnalist işləməyə başlayır. 1976-cı ildə Maqnum Fotonun müxbir üzvü olur. Bu müddət ərzində o, Amerikanın cənubundakı kənd həyatı sənədli fotoya köçürür. Həmçinin, 1978-ci ildə KaribMeksikada sonrakı fəaliyyətinə təsir göstərən rəngli fotolarla işləyir.

Uebbin fotoları dünyanın bir sıra sərgi salonlarında nümayiş olunub: Walker İncəsənət Mərkəzi, Fotoqrafiya İncəsənət Muzeyi, Beynəlxalq Fotoqrafiya Mərkəzi, Ali İncəsənət Muzeyi, San Diyeqo Müasir İncəsənət Muzeyi, Whitney Amerika İncəsənət Muzeyi.

Uebbin Tropiklər, Haiti, Florida, Amazon bölgəsi, ABŞ-Meksika sərhədi və İstanbul layihələri əsasında altı monoqrafiyası və "İşığın əziyyəti" adlı bir xatirəsi çap olunub.

Hazırda Uebb həyat yoldaşı fotoqraf Rebekka Norris Uebblə birlikdə Bruklin, Nyu-Yorkda yaşayır.

  • 1980 - Overseas Press Club Award
  • 1986 - New York State Council on the Arts Grant
  • 1988 - Leopold Godowsky, Jr. Color Photography Award
  • 1990 - W. Eugene Smith Foundation Grant
  • 1990 - National Endowment for the Arts Fellowship
  • 1998 - Hasselblad Foundation
  • 2000 - Leica Medal of Excellence
  • 2002 - David Octavius Hill Medaille
  • 2007 - John Simon Guggenheim Fellowship
  • 2008 - Lucca Photo Festival Award
  • Hot Light/Half-Made Worlds: Photographs from the Tropics, 1986
  • Under a Grudging Sun: Photographs from Haiti Libere, 1989
  • From The Sunshine State: Photographs of Florida, 1996
  • Amazon: From the Floodplains to the Clouds, 1997
  • Crossings: Photographs from the U.S.-Mexico Border, Tom Millerlə birlikdə, 2003
  • Istanbul: City of a Hundred Names, Orxan Pamukla birlikdə, 2007
  • The Suffering of Light, 2011

Rebekka Norris Uebblə çap etdiyi kitabları

[redaktə | mənbəni redaktə et]
  • Violet Isle, 2009
  • Alex Webb & Rebecca Norris Webb: Memory City, 2014

Maqnum Foto

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 American // (unspecified title).