Aleksandr Çervyakov

Aleksandr Çervyakov (d. 8 avqust 1957 - ö. 4 avqust 2017) — voleybol üzrə Azərbaycanlı məşqçi və mütəxəssis. Aleksandr Çervyakov, 2013-2015-ci illərdə voleybol üzrə qadınlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi olub.

Aleksandr Çervyakov
Aleksandr Çervyakov
Doğum tarixi
Vəfat tarixi (59 yaşında)
Vətəndaşlığı Azərbaycan Azərbaycan

Aleksandr Çervyakov 8 avqust 1957-ci ildə anadan olub. Aleksandr Çervyakovun oğlu, Aleksey Çervyakov voleybolçudur və Azərbaycan yığmasının üzvüdür. O, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.

Aleksandr Çervyakov, uzun illər voleybol üzrə qadınlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Faiq Qarayevin yardımçısı olub.

2014-cü ildə isə Aleksandr Çervyakov, Azərbaycan yığmasının baş məşqçisi postuna gətirilib.

O, Azərbaycan yığması ilə birgə 2014-cü ildə İtaliyada baş tutan Dünya Çempionatında 15-ci yeri tutub.

2015-ci ildə isə Aleksandr Çervyakovun rəhbərliyi altında Azərbaycan yığması, I Avropa Oyunlarında 4-cü pilləni tutub.

2017-ci ildə Aleksandr Çervyakov, voleybol üzrə son İsrail çempionu olan "Makkabi" Hayfanın baş məşqçisi olub.

Aleksandr Çervyakov, 2017-ci il 4 avqustda, ömrünün 60-cı yaşına qədəm qoymağa 4 gün qalmış vəfat edib.