Aleksandr Alekseyeviç Agin (rus. Алекса́ндр Алексе́евич А́гин; 1817[1][2][…] – 1875[1][2][…]) — Rusiya qrafika rəssamı. O, Rusiya realist illüstrasiyasının banilərindən biri olmuşdur.
Aleksandr Agin | |
---|---|
rus. Агин Александр Алексеевич | |
Doğum tarixi | 1817[1][2][…] |
Vəfat tarixi | 1875[1][2][…] |
Fəaliyyəti | rəssam, illüstrasiyaçı[d] |
Təhsili |
|
Vikianbarda əlaqəli mediafayllar |
Aleksandr Agin 1817-ci ildə Rusiya imperiyasında, Pskov quberniyasının Novorjev qəzasında anadan olmuşdur. O, 1834–1839-cu illərdə Peterburq Rəssamlıq Akademiyasında oxumuşdur. Agin burada Karl Bryullovdan dərs almışdır. O, Yevgeni Qrebenka, İvan Panayev, İvan Turgenev və başqalarının əsərlərinə illüstrasiya çəkmişdir. Onun 1846–1847-ci illərdə Nikolay Qoqolun "Ölü canlar" romanına çəkdiyi 104 illüstrasiya Aginin ən yaxşı işi hesab olunur. Agin senzura tərəfindən təqib olunduğundan 1853-cü ildə Kiyev şəhərinə köçmüşdür. Onun əsərlərində ictimai kəskinlik, prixoloji xarakteristika, plastika, kompozisiya bütövlüyü və s. güclüdür.[3]