Aleksandr Vasilyeviç Aleksandrov (1 (13) aprel 1883[4], Plaxino[d], Ryazan quberniyası[d], Rusiya imperiyası – 8 iyul 1946[1][2][…], Berlin, Sovet işğalı zonası[d][1]) — Rusiya–sovet bəstəkarı və xor dirijoru. O, SSRİ xalq artisti (1937), SSRİ Dövlət mükafatı laureatı (1942, 1946) olmuşdur. Aleksandrov SSRİ və Rusiya himnlərinin musiqisinin müəllifidir.[5]
Aleksandr Aleksandrov | |
---|---|
Aleksandr Vasilyeviç Aleksandrov | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 13 aprel 1883-cü il |
Doğum yeri | Rusiya,Ryazan qubeeniyası |
Vəfat tarixi | 8 iyul 1946[1][2][…] (63 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Uşağı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Mahnı və Rəqs ansamblı |
Təhsili |
|
Üzvlüyü | |
Elmi dərəcəsi | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Aleksandr Vasilyeviç Aleksandrov 13 aprel 1883-cü ildə Rusiya imperiyasının Ryazan quberniyasında anadan olmuşdur. Aleksandrov 1939-cu ildən Sov.İKP üzvüdür. O, sənətşünaslıq doktoru (1940), general-mayor (1943) olmuşdur. Aleksandrov "Müqəddəs hərbə" (1941) mahnısı ümumxalq şöhrəti qazanmışdır. Onun yaradıcılığı üçün axıcılıq, epik vüsət və s. xarakterikdir. Mahnılarında rus klassik musiqi ənənələrini davam etdirmişdir. "Lenin" ordeni, 2 başqa orden, həmçinin medallarla təltif edilmişdir.[5]