Boris Aleksandroviç Aleksandrov (rus. Бори́с Алекса́ндрович Алекса́ндров; 22 iyul (4 avqust) 1905, Boloqoye, Novqorod quberniyası[d][3] – 17 iyun 1994[1][2][…], Moskva[4]) — SSRİ və Rusiya bəstəkarı, xor dirijoru, xormeysteri, müəllimi. Sosialist Əməyi Qəhrəmanı (1975), SSRİ Xalq artisti (1958), "Lenin" mükafatı (1978) və 1-ci dərəcəli "Stalin" mükafatı laureatı (1950). Üç "Lenin" ordeni kavaleri (1949, 1967, 1975). General-mayor (1972).[5]
Boris Aleksandrov | |
---|---|
rus. Борис Александров | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 22 iyul (4 avqust) 1905 |
Doğum yeri |
|
Vəfat tarixi | 17 iyun 1994[1][2][…] (88 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Atası | Aleksandr Aleksandrov |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar, dirijor, musiqi pedaqoqu, mahnı yazarı[d], musiqiçi |
Təhsili |
|
Üzvlüyü | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
1943-cü ildən Sov. İKP üzvü. Bəstəkar Aleksandr Aleksandrovun oğludur. 1929-cu ildə Moskva Konservatoriyasını (R. M. Qlierin kompozisiya sinfi üzrə) bitirmişdir. Sovet Ordusu Mərkəzi Teatrında dirijor və musiqi hissəsinin müdiri işləmişdir. 1937-ci ildən Aleksandrovun fəaliyyəti Sovet Ordusu Qırmızıbayraqlı Mahnı və Rəqs Ansamblı ilə bağlıdır. Əvvəllər dirijor, 1946-cı ildən isə (atasının ölümündən sonra) ansamblın bədii rəhbəridir. "Barselonalı qız" (1942) operettasının, "Levpa" (1955) baletinin, bir çox mahnının (o cümlədən "Qələbə nəğməsi", "Yaşasın bizim hakimiyyət") və s. əsərlərin müəllifidir. Xalq mahnılarından, əsasən, Ukrayna xalq mahnı intonasiyalarından istifadə edərək yazdığı "Malinovkada toy" operettası (1937, 1968-ci ildə ekranlaşdırılmışdır) məşhurdur.[6]