Alexander (Sandro) Vasilyeviç Axmeteli (gürc. ალექსანდრე (სანდრო) ვასილის ძე ახმეტელი;13 aprel 1886 – 27 iyun 1937) — Sovet Gürcüstan teatr rejissoru, Gürcüstan SSR-nin xalq artisti (1933)[1]. 1937-ci il represiyalarının qurbanı.
Aleksandr Axmeteli | |
---|---|
gürc. ალექსანდრე (სანდრო) ვასილის ძე ახმეტელი | |
Doğum tarixi | 13 aprel 1886 |
Vəfat tarixi | 27 iyun 1937 (51 yaşında) |
Vətəndaşlığı | |
Fəaliyyəti | teatr rejissoru, yazıçı |
Təhsili |
|
Vikianbarda əlaqəli mediafayllar |
Aleksandr Axmeteli Gürcüstanın Anaqa kəndində[1] keşiş ailəsində anadan olub.[2]
1909-cu ildə teatr tənqidçisi kimi çıxış etməyə başlayır.
1916-cı ildə Peterburq Universitetinin hüquq fakültəsini bitirib. Gürcüstana məzuniyyətə gələrək Telavi və Maxçaanidə özfəaliyyət tamaşaları səhnələşdirib.
Aleksandr Gürcüstanın Müstəqillik Bəyannaməsini imzalayanlardan biridir.[3]
1920-ci ildə Tiflisdə Şanşiaşvilinin "Berdo Zmaniya" pyesini səhnələşdirərək, teatr rejissoru kimi debüt edir və Kote Marcanişvilidən dərs alır.
1922-ci ildə rejissor, 1924-1935-ci illərdə isə Şota Rustaveli Milli Teatrının baş rejissoru olub.[1] 1935-ci il sentyabrın 13-də Gürcüstan Xalq Komissarları Sovetinin və Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin sərəncamı ilə tutduğu vəzifədən kənarlaşdırılıb. Sonra Moskvaya köçərək, Yaşıl Teatrda rejissor işləyib.
Aleksandr Axmeteli 1934-1936-cı illərdə Xanbaba Nurədilov adına Çeçenistan Dövlət Dram Teatrında çalışmış, bir qrup çeçen sənətkarına dərs demişdir.
Axemeteli siyasi cəhətdən Sovet hakimiyyəti üçün etibarsız şəxs sayılırdı. “Antisovet fəaliyyətində” günahlandırılan və xaricə qastrol səfərinə qadağa qoyulan Axemetelini nəhayət 1935-ci ildə səhnədən uzaqlaşdırdılar. O, Moskvadakı pərəstişkarlarının arasına sığındı, lakin 1936-cı il noyabrın 19-da orada həbs olunaraq Tbilisiyə təhvil verildi. Həmkarlarını ingilislər üçün casusluğa cəlb etmə, Lavrenti Beriya və İosif Stalini öldürmək planları hazırlamaq kimi saxta ittihamlarla “xalq düşməni” kimi mühakimə edilir.[4] Aleksandr Axmeteli 27 iyun 1937-ci ildə isə güllələnib.[5]
Aleksandr Axmeteli adı Qldani ərazisindəki Dövlət Dram Teatrı və eyniadlı metro stansiyasına verilib. Maçabeli küçəsində Aleksandr Axmeteliyə abidə ucaldılıb (1985).[6] Tbilisidə Şota Rustaveli Teatrı binasında onun xatirə lövhəsi yerləşir.[7][8]
Aleksandr Axmeteli Gürcüstanda teatr sənətinin inkişafına çox böyük töhfələr verib. Onun yaratdığı tamaşalar emosionallığı, ixtiraçılığı, izdihamlı səhnələrin quruluşçuluğu, dinamizmi ilə hər zaman seçilirdi.